Ağcaqala (Borçalı)

Ağcaqala — keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, indiki Gürcüstan Respublikasının Kvemo Kartli mxaresinin Marneuli rayonunun Quşçu kəndi yaxınlığında yerləşir. Borçalı sultanlığının mərkəzi.

Ağcaqala Tona çayının (gürcücə adı Debeda) sağ sahilində yerləşən qala idi, hazırda xarabalıqdır.

18-ci əsrdə qalanın adı ilə Tiflis əyalətinin bir nahiyəsi də Ağcaqala adlanırdı. Qədim gürcü mənbələrində 15-18-ci əsrlərə aid hadisələrdə çəkilir. Vaxuştinin yazdığına görə Sultan Yaqub tərəfindən tikilmişdir. Səfəvi şahı I Şah Abbas onu gürcü hökmdarı Georgidən almış və borçalıları yerləşdirmişdir. Həmin müəllifə görə keçmişdə Berduc adlanmışdır. Gürcü mənbələrindəki Berduci çay adı da bu qalanın adı ilə bağlıdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-08.