Ağcaqovaq (bitki)

Ağcaqovaq — (lat. Populus alba L.) — Söyüdkimilər fəsiləsinin qovaq cinsinə adi bitki növü.

Ağcaqovaq (bitki)
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ağcaqovaq (bitki)
Beynəlxalq elmi adı
Populus alba

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir. Uzunluğu 4–9 sm, eni 2,5–6 (9) sm olur, ucdan sivrilmiş və ya kütdür. Kənarları qeyri-bərabər oyuqvari dişlidir. Uzanmış zoğlarda əmələ gələn yarpaqlar daha böyükdür, uzunluğu 5–14 sm, eni 7–12 sm olur və dərin 3–5 barmaqvari dilimlidir, kənarları oyuqvari dişlidir. Qaidədən düzxətli və ya azacıq ürəkvaridir, üstdən tünd yaşıl, altdan ağ və ya bozumtul tükcüklüdür. Saplağı yastılanmış, qısadır. Dişicik sırğları 10–15 sm uzunluğunda, üstü kələkötür və çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir, aprel-may ayında toxumu yetişir. Təbii olaraq toxum və kök pöhrələri ilə çoxalır. Qələmlə də çoxaldılır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Düzəndən başlamış orta dağ qurşağına kimi meşələrdə bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talışda və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycanda düzəndən başlamış orta dağ qurşağına qədər meşələrdə bitir.

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaq saplağının uzunluğu (1,5) 3–6 sm-dir. Qısalmış budaqların yarpaqları yumurtaşəkillidir, enli və ya üçbucaqyumurtavaridir, qaidə hissəsi düz, enli-pazşəkilli və yaxud az ürəkşəkillidir, kənarları küt və ya sivri dişcikləri olan qeyri-bərabər kələ-kötür dişlidir, küt və ya sivridir, uzunluğu 4–7 (9) sm, eni 3,5–6 (9) sm-dir. Cavan yarpaqları alt tərəfdən ağımtıl keçə tüklüdür, daha sonra isə çılpaq olur; uzanmış budaqların yarpaqları da aşağı hissədə bu cürdür, qalanları (3) 5 dərin bölümlülüdür, yumurtaşəkilli və ya uzunsovyumurtaşəkili, sivri və ya küt dişcikləri olan qeyribərabər kələ-kötür bölümlüdür, əsası düz və ya az ürəkşəkillidir, uzunluğu 5–10 (14) sm, eni 7–12 (16,5) sm-dir, üst tərfdən tünd-yaşıl, alt tərəfdən ağımtıl, bəzən bozumtul keçə tüklüdür.[2]

Meyvə[redaktə | mənbəni redaktə et]

Qutucuq meyvəsi 4–5 mm uzunluqdadır, uzunsov-yumurtavari formada olub, çılpaq və qabarıqdır. Mart ayında çiçəkləyir və mart-aprel aylarında meyvə verir.[2]

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Çayların sahilində və yatağında, çay vadilərində, kolluqlarda və meşələrdə rast gəlinir.[2]

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Oduncağı xarrat və tornaçı məmulatlarının, parket və pəncərə çərçivələrinin hazırlanmasında istifadə olunur. Yarpaqları mal-qara üçün yem əhəmiyyətlidir[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1034.
  2. 1 2 3 4 Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016

Həmçinin bax[redaktə | mənbəni redaktə et]