Avropa, Balkan yarımadası, Kiçik Asiyada, həmçinin Şimali Afrikada təbii halda bitir.
Ağcayınyarpaq çinar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Ağcayınyarpaq çinar |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Hündürlüyü 30-40 m-ə çatan düzgövdəli, geniş çətirli, aşağı budaqları sallanan ağacdır. Gövdəsinin qabığı açıq-yaşıl, iri lövhələr şəklində qopur. Yarpaqların uzunluğu 18-20 sm, eni 15-18 sm-ə qədər olub, beşdilimlidir. Dilimləri enli üçbucaqşəkilli, 1-3 qısa, iti dişli və ya tamkənarlıdır. Saplaqların uzunluğu 3-10 sm-ə çatır. Meyvələri diametri 3 sm-ə qədər olan, meyvə saplağında cüt-cüt yerləşmiş, qılçıqlı başcıqlardır. Toxumları tüklə örtülü, lakin təpə hissəsi konusşəkilli, çılpaqdır. Aprel - may aylarında çiçəkləyir, meyvəsi oktyabr-noyabr aylarında yetişir.
Rütubətsevən, işığa həssas bitkidir.
Bakı, Gəncə və başqa yerlərdə bağ və parklarda rast gəlinir.
Alleyaların salınmasında, geniş ərazilərin və bağların yaşıllaşdırılmasında, qrup halında və tək-tək əkinlərdə tətbiq edilə bilər.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov