Ağciyər kötüyünün sağ mədəcikdən başlanan ucu, yəni ağciyər kötüyü dəliyi ağciyər kötüyü qapağı - (lat. valva trunci pulmonalis (valvulae semilunaris art-ae pulmonalis - BNA)) ilə tutulmuşdur. Bu qapaq üç aypara qapaqcıqdan təşkil olunmuşdur; bunlardan biri ön tərəfdə - (lat. valvulae semilunaris anterior), digəri sağ tərəfdən - (lat. valvulae semilunaris dextra) və üçüncüsü sol tərəfdən - (lat. valvulae semilunaris sinistra) yerləşmişdir. Aypara qapaqcıqlar dəliyi örtərkən cib şəklini alırlar; bu ciblərə ağciyər kötüyü cibləri - (lat. sinus trunci pulmonalis) deyilir. Qapaqcıqların çıxıq səthləri mədəciyə və basıq səthləri damara doğru baxır. Hər aypara qapağının azad kənarlarının ortasında kiçik bir düyüncük - (lat. nodulus valvulae semilunaris (Arantii - BNA)) vardır, bununyan tərəfində qapaqcığın azad kənarları nazik bir halda qalaraq aycıq - (lat. lunula valvulae semilunaris) adlanır. Mədəcik sistola edərkən ağciyər kötüyü qapağı açılıb qanı ağciyər kötüyünə buraxır; aypara qapaqcıqların ortasında yuxarıda göstərilən düyüncüklər olduğu üçün onlar, tamamən damarın divarına söykənmir; beləliklə mədəciyin diastolası zamanı damarda olan qan artıq təzyiq ilə aypara qapaqcıqların ciblərinə dolur, nəticədə bunlar bir-birinə yaxınlaşaraq ağciyər kötüyü dəliyini möhkəm qapayırlar; ayparalar yaxınlaşdıqda onların nazik kənarları (aycıqları) bir-birinə sıxılaraq qanın damardan mədəciyə qayıtmasına mane olur.
Ağciyər kötüyü qapağı | |
---|---|
[[File:|frameless|300x300px| ]] | |
Latınca | Valva trunci pulmonalis |
Qrey | subyekt 138 532 |
Sistem | Ürək-damar |
Üzv | Ürək |
MeSH | Pulmonary+Valve |
Vikianbarda əlaqəli mediafayllar |