Ağciyər kötüyü (lat. Truncus pulmonalis , Arteria pulmonalis — BNA) ürəyin sağ mədəciyinin arterial konusundan başlayaraq, qalxan aorta kökünün qabaq səthilə sola və yuxarı doğru gedir, 4-cü və 5-ci döş fəqərəsi bərabərində aorta qövsünün altında iki uc şaxəyə: sağ və sol ağciyər arteriyalarına — arteriae pulmonales dextra et sinistra (rami dexter et sinister — BNA) ayrılır. Bunun diametri təxminən 3 sm və uzunluğu 4–5 sm-ə bərabərdir, başlanan ucunda aypara qapaqcıqlara müvafiq ciblər — sinus trunci pulmonalis vardır.
Ağciyər kötüyü Ağciyər arteriyası | |
---|---|
Açıq ürəyin ön görnüşü, ağ oxlar qanın cərəyan istiqamətini göstərir. Ağ ciyər kötüyü yuxarıda, sağda yerləşmişdir. | |
Ağciyər arteriyasının döş qəfəsinin en kəsiyindən görünüşü | |
Ağciyər arteriyasının alveolar şaxəsinin sxematik görünüşü | |
Latınca | Truncus pulmonalis Arteria pulmonalis |
Qrey | subyekt 141 543 |
Təchizatı | sağ və sol ağciyərlərə venoz qanı daşıyır |
Başlanır | Sağ mədəcik |
Şaxələri | Sağ və sol ağciyər arteriyaları - arteriae pulmonales dextra et sinistra (rami dexter et sinister - BNA) |
Vena | Ağciyər venaları |
Embrional | Ağciyər kötüyü |
MeSH | Pulmonary+Artery |
Dorlands/Elsevier | Pulmonary artery |
Ağciyər arteriyası (latınca arteria pulmonalis) — kiçik qan dövranının böyük (uzunluğu 5 sm, diametri 3 sm-ə qədər) qoşa qan damarları. Sağ mədəcikdən ayrılan ağciyər kötüyünün (truncus pulmonalis) davamı. O, ürəyə daxil olan və ondan çıxan bütün damarlardan qabaqda və solda yerləşir və ağciyərlərə venoz qan daşıyır.