Ağdəniz heykəli (türk. Akdeniz Heykeli) – İlhan Koman tərəfindən 1980-ci ildə hazırlanmış heykəl. Heykəl ilk öncə Böyükdərə küçəsində qoyulmuşdu.[1]
Ağdəniz heykəli | |
---|---|
türk. Akdeniz Heykeli | |
| |
Ölkə | Türkiyə |
Yerləşir | İstanbul |
Heykəltaraş | İlhan Koman |
Sifarişçi | Halk Sigorta (Yapı Kredi Sigorta) |
Material | metal lövhələr |
Saxlanıldığı yer | |
Vikianbarda əlaqəli mediafayllar |
Ağdəniz heykəli İstanbulun ən tanınmış heykəllərindən biridir.[2][3] Bir-birinə eyni uzunluqda, 12 mm qalınlığında 112 metal lövhənin yan-yana gətirilməsi ilə yaranan qadın təsvirindən ibarətdir.[2] İnsan qucaqlaşmasını təsvir edərkən heykəltəraşın Aralıq dənizini xatırlaması səbəbi ilə adının "Akdəniz" (türk dilində Aralıq dənizi üçün işlədilir) olduğu ifadə olunur.[2] Kağız kəsmə-qatlama üsulu ilə hazırlanan heykəl 4,5 ton ağırlığındadır. Əsər heykəltəraşı İlhan Komana 1981-ci ildə Sədaf Simavi Fondu Təsviri İncəsənət Mükafatını qazandırmışdır.[4]
Halk Sigorta (daha sonra Yapı Kredi Sigorta) şirkətinin sifarişi ilə hazırlanan heykəl əvvəlcə şirkətin Böyükdərə küçəsində yerləşən binasının qabağına yerləşdirilmişdi. 2005-ci ildə İlhan Komanın sərgisinə görə bir müddət Qalatasaray meydanına yerləşdirilən heykəl daha sonra Halk Sigorta şirkətinin Yapı Kredi Sigorta şirkətinə çevrilməsindən sonra Beşiktaş səmtinin Levent rayonundakı şirkət binasının qabağına qoyulmuşdur.[2] 2014-cü ildə İsrailin Qəzzəyə hücum etməsinə etiraz etmək məqsədilə yaxınlıqdakı İsrail səfirliyi önündə etiraz aksiyası keçirən etirazçılar tərəfindən məhv edilmişdir.[3] Bu hadisədən sonra Ədirnə xalqı heykəlin Ədirnəyə gətirilməsi üçün imza kampaniyası başlatmış, Antalyanın Muradpaşa ilçəsi də heykəlin Aralıq dənizi regionunda olmalı olduğunu əsas gətirərək heykələ ev sahibliyi etmək üçün müraciət etmişdi.[5]
2017-ci ildə heykəl İstiqlaliyyət küçəsində yenicə inşa edilmiş Yapı Kredi İncəsənət Binasının üçüncü mərtəbəsində küçədən görünəcək vəziyyətdə yerləşdirilmişdir.[1]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |