Ağdaş Özəl Türk Liseyi

Ağdaş Özəl Türk LiseyiAğdaşda Azərbaycan-Türkiyə özəl liseyi.

Ağdaş Özəl Türk Liseyi
Map
40°38′39″ şm. e. 47°28′32″ ş. u.
Əsası qoyulub 1993
Şəhər Ağdaş
Ölkə

Bakıda və Sumqayıtda açılan liseylərin səs-sorağı bütün Azərbaycana yayılmış, hər yerdə maraq doğurmuşdu. "Çağ" Öyrətim Azərbaycan məktəblilərinin istəyinə cavab verib, rayon və şəhərlərdə, o cümlədən də Ağdaşda məktəb açdı.

Mehriban, qədirbilən ağdaşlılar məktəbə hər cür qayğı göstərdilər. 1993-cü ilin noyabr ayında 3 sinif və 6 müəllimlə fəaliyyətə başlayan lisey kollektivinin fədakarlığı öz bəhrəsini verdi: növbəti tədris ilində şagirdlərin sayı 130-a çatdı.

Bu, bir tərəfdən məktəb pedaqoji kollektivinin etimada sədaqəti ilə izah edilirsə, digər tərəfdən də yerli əhalinin qonaqpərvərliyindən, qardaş Türkiyəyə və türk xalqına sevgisi, eetibarilə əlaqədardır. 1996–1997-ci dərs ilində özünün ilk məzunlarını verən lisey özünün yetişdirdiyi 353 məzunu ilə fəxr edir. Sevindirici haldır ki, onların böyük əksəriyyəti elə ilk il seçdikləri ali məktəblərə qəbul olunmuşlar. Həm də ən yüksək balla. Şahin Əbdurrəhimov 1998-ci ildə qrup üzrə Respublika birincisi, Rauf Niftiyev 2000-ci ildə qrup üzrə ölkə birincisi, Bəkir Qarayev 2001-ci ildə ölkə ikincisi, Venər Qarayev isə həmin ildə YÖS (Türkiyə ali məktəblərinə qəbul imtahanı) imtahanı ilə Azərbaycan birinciliyini qazanmışlar.

Lakin ağdaşlıların və ətraf rayonların qurur mənbəyi təkcə bu deyildir. İndiyədək məktəbin şagirdləri Respublika fənn olimpiadalarında 30, Beynəlxalq fənn olimpiadalarında isə 16 qızıl medal, ümumən isə 46 medal qazanmışlar.

2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Ağdaş Özəl Türk Liseyi bağlanıb.

Mənbə[redaktə | mənbəni redaktə et]