Ağdabanlı şair Qurban

Ağdabanlı şair Qurban (1859, Dəmirçidam1934, Dəmirçidam, Kəlbəcər rayonu) — Azərbaycanın el şairi.[1]

Ağdabanlı şair Qurban
Qurban Məşədi Məmmədalı oğlu
Qurban Məşədi Məmmədalı oğlu
Qurban Məşədi Məmmədalı oğlu
Doğum tarixi 1859
Doğum yeri
Vəfat tarixi 1934
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı Səlbi (?-1920)
Uşaqları 6 oğul, 2 qız
Atası Məşədi Məmmədalı
Fəaliyyəti şair
Vikimənbənin loqosu Ağdabanlı şair Qurban Vikimənbədə

Qurban Məşədi Məmmədalı oğlu 1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuş, sonralar Ağdabana köçərək ömrünün sonuna kimi, yəni 1925-ci ilədək orada yaşamışdır.[2] Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili almış Qurban Məşədi Məhərrəm oğlunun çoxlu qoşma, gəraylı, müxəmməs, divani, təcnis və s. formalarda şeirləri dillər əzbəri olmuşdur, hərçənd, repressiya illərində şairin əlyazmalardan ibarət bir neçə kitabı öz qohumları, sonralar isə erməni vandalları tərəfindən yandırılaraq məhv edilmişdir".[3]

Ağdabanlı Qurban uzun müddət ozan-aşıq kimi təqdim edilib. Bu da ondan irəli gəlib ki, aşıq ədəbiyyatından məlum olan divani, təcnis, qoşma, gəraylı, müxəmməs formalarında, bir sözlə, heca vəznində yazıb yaradan şairlərə eyni zamanda aşıq kimi baxıblar. Ağdabanlı Qurban da məhz buna görə uzun müddət aşıq kimi təqdim edilib. Lakin müasirlərinin xatirələrindən məlum olur ki, o, heç vaxt saz götürüb toy-nişanda, yaxud da başqa əlamətdar günlərdə özünü aşıq kimi göstərməyib, hərçənd, ustadsayaq saz çalıb-oxumağı var imiş. Aşıq Ələsgər kimi məşhur ustadlarla dostluq etməsi bir daha göstərir ki, Ağdabanlı Qurban nəinki müasirlərinə, sonrakı nəsillərə də örnək söz ustası olmuşdur. Miskin Abdal nəsil şəcərəsinin davamçısı, o ocaqdan od götürmüş Ağdabanlı Qurbanın Aşıq Ələsgər, Növrəs İman və Bimar Əli ilə maraqlı deyişmələri yaddaşlardan yazılı ədəbiyyata köçürülüb. Onun əlyazmalarının bir qismini oğlu, hələ sağlığında aşıq sənətində dədəlik zirvəsinə ucalan Dədə Şəmşir qoruyub saxlayıb. Ədəbi yaradıcılıq nümunələrindən ibarət Qənbər Şəmşiroğlunun sinələrdən və əlyazmalardan toplayıb çap etdirdiyi "Kəpəzin kəkliyi, maralı, getmə", "Qumrutək ləhcəli, xoşxandı Qurban" kitabları şairin yaradıcılığı barədə geniş məlumat verən zəngin mənbə hesab edilə bilər. "Kəlbəcər dünyası: yüz şairin bir kitabı" antologiyası və bir çox bədii məcmuələrdə də Ağdabanlı Qurbanın ədəbi irsinə geniş yer ayrılıb.

Ağdabanlı şair Qurban Qənbər Şəmşiroğlunun babası, Aşıq Şəmşirin isə atasıdır.

  • "Möhnət", 1972.
  • "Kəpəzin kəkliyi, maralı getmə", 2000.
  • "Ağdabanlı şair Qurban 150", Bakı, "Elm və təhsil", 2012. 56 səhifə.
  • "Qumrutək ləhcəli, xoşxandı Qurban", şeirlər, Bakı, "Elm və təhsil", 2012. 480 səh. 1500 nüsxə.

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]
  1. Çiçək, C. Ağdabanlı şair Qurbanın söz zirvəsi //Kaspi.- 2013.- 1 noyabr.- S.15.
  2. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  3. OZAN DÜNYASI № 4(11), 2012 76

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]