Dəmirçidam — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dəmirçidam kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Dəmirçidam kəndi Seyidlər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Dəmirçidam kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda boşaldılaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə təhvil verilmişdir.
Dəmirçidam | |
---|---|
40°13′15″ şm. e. 46°04′23″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Gədəbəy rayonunun Şınıx kəndindən gəlmış ailələr keçmış dəmirçi damının (dəmirçixananın) yanında saldıqları üçün belə adlandırılmışdır. Köç yolunun kənarında yerləşən dəmirçixanada dəmirçilər yaylağa qalxan və qışlağa qayıdan elatlara mövsümi xidmət göstərirdilər.[2]
Kənd dağətəyi ərazidə yerləşir.
Məşədi Baxşalı yurdu, Kalvalılar yurdu, Ortaboyun yurdu, Behbudalı yurdu, Qazaxlar yurdu, Əhmədxan yurdu, Qanqallı yurd, Tombadaş yurdu, Məhərrəmin yurdu, Daşlıqonqur yurdu, Əmir bulağının yurdu.
Ongöz bulaq, Novlu bulaq, Göy bulaq, Qapaz bulağı, Hüseyn bulağı, Lilpərin bulağı, Xatın bulağı, Söyüdlü bulaq, Müseyibin bulağı, Qiblə bulağı, Əmir bulağı.
Dardərə, Cəfərə toy olan, Cəfərölən, Qazax dəyə tikən, Qazaxlar düzü, Arpalar, Bədəlin dam yeri, Tülküaşan təpə, Balacatəpə, Keçiqırılan, Pilovun yurdu, Tozluq, Çınqıl, Cərgələr, Məhərrəmin gölü, Qabaqqılış, Çolpan meşəsi, Söyüdlü çayı, Malqəbri, Atqoruğu, Rzabiçən, Binədamı, Səslənənqaya, Hoppan daş.[3]
Kalafalıq binəsi.[3]
Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |