Ağdam-Əsgəran-Xankəndi yolu

Ağdam–Xankəndi avtomobil yolu və ya Ağdam-Əsgəran-Xankəndi yoluAğdam şəhərindən Xankəndi şəhərinə birbaşa avtomobil yolu.

Avtomobil yolu
Ağdam-Xankəndi
Ölkə  Azərbaycan
Şəhərlər
Başlayır Ağdam
Bitir Xankəndi
Örtüyü Asfalt
Sahibi Azəryol
Vəziyyəti Tikilən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1980-ci illərdə Bakı şəhərindən Xankəndi və Şuşa şəhərlərinə getmək üçün respublika əhəmiyyətli Yevlax–Xocalı–Laçın avtomobil yolundan Ağdam şəhərinin mərkəzindən keçməklə istifadə olunurdu. Həmin illərdə Ağdam–Bərdə avtomobil yolunun 40-cı kilometrindən ayrılmaqla, Ağdam şəhərinin mərkəzinə daxil olmadan Əsgəran rayonunun inzibati ərazisinədək 17,5 kilometr uzunluğunda yerli əhəmiyyətli 2 hərəkət zolaqlı Ağdam dairəvi yolu çəkilib və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalınadək Qarabağın bütün əhalisi, eləcə də Laçın rayonunun əhalisi daimi olaraq bu yoldan istifadə edib.[1]

Ağdam şəhərindən Əsgəran rayonuna kimi məsafə 6 kilometr, Xankəndi şəhərinə 23 kilometr və Xankəndidən Şuşa şəhərinə qədər 11 kilometrdir. Bakı şəhərindən Ağdam şəhərinə kimi olan məsafə 360 kilometr, Xankəndi şəhərinə 383 kilometr, Şuşa şəhərinə 394 kilometr və Laçın şəhərinə qədər 435 kilometr təşkil edir.

Qarabağ münaqişəsindən əvvəl Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu Qarabağın inkişafında önəmli rol oynayıb. Hazırda avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür.

Keçdiyi yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Yol Bakı–Yevlax–Ağdam–Xankəndi avtomobil yolunun bir hissəsidir.

Əsgəran qəsəbəsi və Xocalı şəhəri yolun üzərində yerləşir.

Ağdam rayonundakı ilk tunc dövrünə aid Qarahacı yaşayış yeri yolun sağ tərəfindədir.

  1. "Ağdam–Xankəndi avtomobil və dəmir yolları Qarabağın giriş qapısıdır". xalqqazeti.az (az.). “Xalq qəzeti”. 15.08.2023. 2023-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.09.2023.