Avtomagistral

İsveçrədə E4 avtomagistralı

Avtomagistralavtomobil nəqliyyatı vasitələrinin hərəkəti üçün salınmış və eyni səviyyəli başqa yollarla kəsişməyən yol. Avtomobillərin uzaq məsafəyə intensiv və sürətli hərəkəti üçündür. Avtomagistrallarda əks-istiqamətli hərəkət zolaqları arasında azı 5 metr enində ayırıcı zolaq olmalıdır. Avtomagistrallar, adətən, şəhərlərdən və sənaye mərkəzlərindən aralı keçir. Müasir avtomagistrala Moskvanın şəhərətrafı dövrəvi avtomobil yolu, Moskva–Noginsk, KiyevBorispol, Moskva–Volqoqrad yolları misal ola bilər.[1]

  1. Автомаҝистрал // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 68.