Ağdam qəzası

Ağdam qəzası — Azərbaycan SSR tərkibində 1923–1929-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi.

Ağdam qəzası

40°00′00″ şm. e. 46°55′48″ ş. u.


Ölkə Azərbaycan Azərbaycan SSR
İnzibati mərkəz Ağdam
Tarixi və coğrafiyası
Yaradılıb 1923
Ləğv edilib 1929
Sahəsi 4.135,4 km²

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili ilə əlaqədar Şuşa qəzası ləğv olunmuş və əvəzində Ağdam qəzası təşkil edilmişdir[1]

1923-cü ilin avqust ayının 1-də Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətində Piricanın Kürdüstan qəzasının, Ağdam şəhərinin Ağdam qəzasının mərkəzi hesab edilməsi və Cəbrayıl qəzasının mərkəzinin Qaryagindən Cəbrayıla keçirilməsi haqqında Rəyasət Heyətinə tövsiyə verildi. Avqustun 6-da Azərbaycan MİK-nin Rəyasət Heyəti Ağdam mərkəz olmaqla Ağdam qəzasının, Cəbrayıl mərkəz olmaqla Cəbrayıl qəzasının və Pirican mərkəz olmaqla Kürdüstan qəzalarının inzibati-ərazi bölgüsünü təsdiq etdi.[2]

Sovet dövründə Ağdam Qəza İcraiyyə Komitəsi yarandı.

Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1,1 min km²), Bərdə (1,0 min.kv.km.), Ağcabədi (1,8 min. km².), Tərtər (0, 4 min.kv.km.), Cəbrayıl (1,0 min.kv.km.) rayonları yaradıldı.[3]

  1. [1] [ölü keçid]
  2. "Arxivlənmiş surət". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.
  3. "Arxivlənmiş surət". 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.