Ağgöz qaraördək (lat. Aythya nyroca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.
Ağgöz qaraördək | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Dəstəüstü: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ağgöz qaraördək |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Nadirdir.
(VU). Antropogen təsirlərə həssasdır. Yeni qorunma tədbirləri görülməsə, mənfi təsirlərdən təhlükəli vəziyyətə (EN) düşə bilər.
Ortaboylu ördəkdir (600-800 q). Erkəyinin ümumi rəngi qonur-qəhvəyidir, amma bel tərəfi nisbətən tünd rənglidir. Qanadlarının üzərində ağ “aynacığı” var. Gözləri ağımtıldir. Dişisinin rəngi solğundur.
Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb [3][4][5]. Azərbaycanda düzənlik rayonlarda yayılıb [6][7][8]. Xəzərin sahil zolağında və daxili su hövzələrində (Kələdəhnə, Cil, Qarasu, Şilyan, Sor-Sor və s.) göllərin qurudulması nəticəsində yayıldığı sahələr xeyli azalıb.
Sahil və su bitkiləri ilə zəngin olan su hövzələrində məskunlaşır. Qamış cəngəlliyini xoşlayır [9][10]. Qışda gündüzlər göllərin və körfəzlərin açıq akvatoriyalarında olur, axşam hava qaralandan səhər alaqaranlıq vaxta qədər isə dayaz subasar sahələrdə yemlənir [11]. Azərbaycanda qışlayan, ötüb keçən və reproduktiv populyasiyaları olur. Nəsil verən populyasiyası dərin su və qamış cəngəlliyi olan körfəzlərə və göllərə çəkilir. May ayında suya yıxılmış quru qamış topası üzərində yuva tikir, onun içərisinə çoxlu lələk döşəyir, 7-8 yumurta verir, axırıncı yumurtadan sonra 25-27 gün kürt yatır. Cücələri hələ kontur lələkləri çıxmazdan əvvəl suda üzür, amma uça bilməsi iki aylıq olanda başlayır [12][13][14]. Bitkiyeyən ördəkdir, ən çox qamış toxumunu xoşlayır [15].
Uzun illər ov quşu kimi təqib edilməsi, nəsilvermə biotopunun deqradasiyası, düzənlik rayonlarda təbii göllərin çoxunun qurudulması.
Elmi və estetik əhəmiyyəti var.
Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilib.
Yuva sahələri təbii abidə statusu ilə qorunmalı, növün vəziyyəti əhaliyə izah olunmalı. Yenikənd su bazasına və Sarısu göllər sisteminə qoruq statusunun verilməsi.