Ağkörpü — Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı.
Ağkörpü - Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. XIX əsrin 30-cu illərində kəndə Türkiyədən gəlmiş ermənilər yerləşdirilmişdir. Həmin əsrin 70-ci illərində Opret kənd icmasına mənsub məntəqələrdən idi. XIX əsrdə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Yuxarı Ağkörpü və Aşağı Ağkörpü kənd adları ilə mənşəcə eynidir. Ağ Körpü XVIII- XIX əsrlərdə Cənubi Qafqazda yaşamış bir türkmənşəli elin adı olmuşdur. [1]