Ağqanadlı

İstixana ağqanadlısı (lat. Trialeurodes vaporariorum) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin ağqanadlılar fəsiləsinə aid olan növ.

İstixana ağqanadlısı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
İstixana ağqanadlısı
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Yaşlı fərdin (imaqo) bədəni açıq-sarı, qanadları isə ağ rəngdədir. Dişilərin bədən ölçüsü 1,1 mm, erkəklərin isə 0,9 mm-dir. Ayaqları bozumtul rəngdə olmaqla, əvvəlcə açıq-sarı, 8-10 gündən sonra isə qara rəngdə olur. Yumurtadan çıxan sürfənin (ölçüsü 0,3 mm) ayaqları və bığcıqları görünür. Sürfələr üçüncü yaşda 0,5 mm, dördüncü yaşda isə 0,73 mm ölçüdə olurlar. Yaşlı sürfələrin, nimfa halına keçən vaxtı, qırmızı rəngdə gözləri görünməyə başlayır. Nimfa yaşılımtıl- ağ rəngdədir.

Ağqanadlının inkişafı 7 mərhələdə gedir: yumurta, sürfə 1-4 yaş, nimfa və imaqo. Dişilər yumurtalarını topa halında yarpaqların alt səthinə yapışdırırlar. Onların sayı 30-500-ədək ola bilir. 8-10 gündən sonra yumurtalardan sürfələr çıxırlar və yaşlı fərdə çatanadək yarpaqların şirəsini sormaqla qidalanırlar. Pupdan çıxan ağqanadlılar bir müddət qidalandıqdan sonra cütləşirlər. Mayalanmış dişilər yumurta qoymağa başlayırlar. Aşkar olunmuşdur ki, dişi və erkək arasında cütləşmə baş vermirsə, onda yumurtalardan yalnız erkək fərdlər çıxır. Onlar 300 növ bitki ilə, o cümlədən 20 növ bəzək bitkisi ilə qidalanırlar və bitki üzərində də çoxalırlar. İldə 15 nəsil verir.

ABŞ, Əfqanıstan, Hindistan, Yaponiya, İran, Türkiyə, Gürcüstan və Azərbaycan. Azərbaycanda müxtəlif zonalarda məskunlaşmışlar.

Ekoloji təsirləri

[redaktə | mənbəni redaktə et]

Zərərverici cücülər digər bitkilər kimi bostan-tərəvəz bitkilərinin də məhsuldarlığının aşağı düşməsinə səbəb olurlar və bunların içərisində ağqanadlılar əsas zərərvericilərdən hesab olunur. Onlar bitkilərin şirəsi ilə qidalanaraq, gövdə və budaqları deformasiyaya uğradır, fotosintez və tənəffüs prosesini pozur. Yarpaqlar və meyvələr tökülür, bitki zəifləyir. Bostan - tərəvəz zərərvericilərdən biri də polifaq zərərverici olan istixana ağqanadlısıdır (Trialeurodes vaporariorum West.). Pomidor yetişdirilən istixanalarda aparılan müşahidələr nəticəsində müəyyənləşdirilmişdir ki, pomidor kollarının istixana ağqanadlısı ilə yoluxması müxtəlifdir. Aşağı yarusdakı yarpaqlar ağqanadlılar tərəfindən az zədələnir. Alt yarusda yarpaqların üzərində yalnız 3-4 qanadlı fərdə və sürfəyə rast gəlinir. Orta yarusdakı yarpaqlar aşağıdakılara nisbətən daha çox yoluxmuş olur. Orta səviyyədə olan yarpaqlar üzərində istixana ağqanadlısının həm yumurta, həm sürfə və puplarına, həm də çoxlu miqdarda qanadlı fərdlərinə rast gəlinir. Lakin pomidor kollarının üst yarusunda olan yarpaqlar zərərverici ilə daha çox zədələnmiş olur, onların üzərində çoxlu miqdarda yumurtalara, sürfələrə, puplara rast gəlinir. Yuxarı yarusda qanadlı fərdlər də külli midarda olur. 1 yarpaq üzərində 138 qanadlı fərd, 120 sürfə və 80-90 ədəd yumurta sayılmışdır. Üst qatdakı yarpaqların epidermis hüceyrələri daha yumşaq olur, buna görə də yetkin fərdlərin yarpağı deşib bitki şirəsi ilə qidalanması asanlaşır.

  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
  1. Integrated Taxonomic Information System (ing.). 1996.