Ağrılı və qürurlu yaddaş, yaxud Azərbaycanın Ağ damı...

Ağrılı və qürurlu yaddaş, yaxud Azərbaycanın Ağ damı… qısametrajlı sənədli televiziya filmi rejissor Vüqar Sədioğlu tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film erməni işğalı nəticəsində viranə qalan ağrılı və qürürlu yaddaşımız Ağdamdan bəhs edir. Filmdə ermənilər tərəfindən Ağdamın və ağdamlıların başına gətirilən bəlalar əks etdirilir.

Ağrılı və qürurlu yaddaş, yaxud Azərbaycanın Ağ damı...
Ağrılı və qürurlu yaddaş, yaxud Azərbaycanın Ağ damı...
Janr sənədli
qısametrajlı
tarixi
Rejissor Vüqar Sədioğlu
Ssenari müəllifi Firuzə Nadir
Operatorlar Kamran Soduyev
Tural Usubov
Fərəc Babai
Namiq Vəliyev
Qəhrəman Məmmədov
Vüqar Həsənov
İstehsalçı Azərbaycan televiziyası
İlk baxış tarixi 2014
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 40 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2014
Rəng rəngli

Film erməni işğalı nəticəsində viranə qalan ağrılı və qürürlu yaddaşımız Ağdamdan bəhs edir.

"Yaddaş bizi heç kəsin qova bilməyəcəyi yeganə cənnətdir". Nə yaxşı, Qarabağla – o müqəddəs torpaqla bağlı cənnətimiz – yaddaşımız var. Əgər bu gün övladlarımızın əlindən tutub Ağdama apara bilmiriksə, onun min bir gözəlliklərini göstərib öyünə bilmiriksə, o yaddaşa qalır əlacımız, o yaddaş gəlir karımıza. Hələlik, bəli, hələlik gözəl və vüqarlı şəhərimiz, dinc və məğrur insanların yurdu, havası, suyu, torpağı da muğam oxuyan, gül qoxuyan Ağdamla bağlı yaddaşımız ovudur bizi: Ağrılı və qürurlu yaddaşımız…[1]

Ağdam sovet dövründə, nəinki Qarabağın, Azərbaycanın böyük elmi, iqtisadi potensiala malik iri şəhərlərindən biri idi. Ağdam, həm də Qarabağın mədəni mərkəzi, musiqi beşiyi idi..[1]

Ermənilərin dinc torpağımıza gətirdiyi müharibə Ağdamın da cah-cəlalına, gəlhagəlli və bəxtəvər günlərinə son qoydu. İşğal nəticəsində Ağdamın 1094 kvadrat km sahəsinin 846,7 kvadrat km-i, yəni 77,4%-i, bir şəhər, bir qəsəbə, 82 kəndi Ermənistan tərəfindən işğal olunub, bütün tarixi abidələr, maddi-mədəniyyət nümunələri məhv edilib. Təəssüf ki, ermənilərin talançılığı indi də davam edir, gah Ağdamın adını dəyişib Tiqranakert qoyur, gah məhv etdikləri şəhərdə muzey açır, gah da saxta dəlillər düzəldərək guya bu yerlərdə vaxtilə ermənilərin yaşadığını söyləyirlər.[1]

Filmdə ermənilər tərəfindən Ağdamın və ağdamlıların başına gətirilən bəlalar əks etdirilir.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenarist: Firuzə Nadir[1]
Rejissor: Vüqar Sədioğlu
Operator: Kamran Soduyev, Tural Usubov, Fərəc Babai, Namiq Vəliyev, Qəhrəman Məmmədov, Vüqar Həsənov

  1. 1 2 3 4 "Ağrılı və qürurlu yaddaş". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.

Azərbaycan filmlərinin siyahısı
2014-cü ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı