Ağsaggallı

Ağsaqqallı - Türk xalq mədəniyyətində qoca adam, bir bölgənin tanınmış ən yaşlı kişisi.[1] Müxtəlif Türk dillərində Aksakallı, Akhagallı, Ağsagallı, Aksahaltı olaraq deyilər. "Göksakallı" təbiri də istifadə edilər. Yaxşı xüsusiyyətlərə malikdir. İnsanların çətin anlarında yardımlarına qaçarlar. Bu səbəblə İslam sonrası bəzi əfsanələridə Xızır Peyğəmbər ilə eyniləşdirilmişdir. Uluqayın ağacından enib uşaqlara kömək edər və ad verərlər. Ağ və ya göy paltar geyinirlər. Ağ-boz atı var. Çövkən deyilən heyvan başlı bir əsa daşıyır. Çövkən eyni zamanda bir oyun adıdır. Yaşından gözlənilməyəcək qədər güclüdür. Təsvir edilərkən "qızıl saqqallı" məcazi istifadə edilər. Verdiyi almanı özləri yeyən sonsuz ər arvadın uşaqları, almanın qabığını yedirdikləri atlarının da balaları olar. Bəzən ağsaqqallı təbiri ərən ilə eyni mənada istifadə edilər. Sogotoh dastanında Sabıya Bay ToyunSabıya Bay Xotun adlı bir ər-arvaddan bəhs edilər. Bunların ömürlərinin sonunda duaları qəbul edilərək bir kişi uşaqları olar.

"Ağsaqqallı qoca" və ya "Qoca" sözü də bənzər bir məna ifadə edir. Türk xalq mədəniyyətində müdrik adam deməkdir. İnsanlara yol göstərən, müdriklik və hikmət sahibidirlər. Fars məna bənzəməsi və türkcənin quruluşuna da uyğun olan səs dəyişməsi ilə "Xoca" halına gəlmişdir. Qarımaq və qocamaq felləri yaşı irəliləmək deməkdir. Ozan sözü ilə eyni kökdən gələn Ozonun isə yaşlı/müdrik mənasına gəlməsi əhəmiyyətli bir detaldır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0)  (türk.)
  • Judith Beyer, Kyrgyz Aksakal Courts: Pluralistic Accounts of History, 53 J. OF L. PLURALISM 144 (2006)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Kishlak" Arxivləşdirilib 2012-06-12 at the Wayback Machine, Encyclopedia of Central Asia

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]