Ağsu Tarix-Diyarşünaslıq Muzeyi

AĞsu Tarix-Diyarşünaslıq Muzeyi — 1985-ci ilin may ayından fəaliyyət göstərərək 2 mərtəbəli olmaqla ümumi sahəsi 358 kv/m-dir.

Ağsu Tarix-Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 26 sentyabr 1968
Açılış tarixi 1985
Yerləşir Ağsu rayon, Azərbaycan küç.18
Kolleksiyası 6448[1]
Muzeyə yetişmək 40°34'5"N 48°23'59"E
Telefon (020) 226-28-92
İş rejimi 1-7- ci günlər, saat 9:00-17:00

Muzeyin tarixi[redaktə | mənbəni redaktə et]

Diyarşünaslıq Muzeyi 1985-ci ilin may ayında yaradılıb. Muzey ümumi sahəsi 358 kv m-dir

Muzey binası[redaktə | mənbəni redaktə et]

1-ci mərtəbə foyedən və 3 sərgi salonundan, fond və inzibati otaqlardan, 2-ci mərtəbə isə ekspozisiya zalından ibarətdir. Foyedə rayonun xəritəsi, təbii şəraiti, dövlət rəmzləri, rayon haqqında ümumi məlumat yerləşdirilib.

Muzeyin eksponatları[redaktə | mənbəni redaktə et]

Muzeydə e.ə III–I əsrlərə aid eksponatlar rayonun ərazisindən arxeoloji qazıntılar zamanı tapılmış toplanmışdır. Saxsı qabları, tunc, misdən hazırlanmış əşyaları, XVIII–XX əsrlərə aid xalq tətbiqi sənət nümunələrini, məişət və etnoqrafiyaya aid əşyaları yer almışdır. I zalda qədim dövrdən başlayaraq XIX əsrə qədərki dövrü əhatə edən materiallar nümayiş etdirilir. ikinci zalda XVIII əsrə aid "Ağsu şəhəri orta əsrlərdə" adlı kolleksiya sərgilənir. III zalda 1918–1920-ci illər AXC dövrü, Azərbaycan Milli Hökumətinə aid pullar və bu dövrə aid bir neçə eksponatlar, Ağsu rayonunun milli qəhrəmanları və şəhidlərin onlara məxsus şəxsi əşyaları, fotoşəkilləri yerləşdirilib.

Muzeyin fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Muzey rayonun ümumtəhsil məktəbləri, idarə və təşkilatları ilə sıx əlaqədə işləyir, rayonun tarixinə maraq oyatmaq üçün tarix dərsləri təşkil olunur. Hər il ənənəvi olaraq "Muzeylər gecəsi" aksiyasında, " [[Beynəlxalq Muzeylər Günü"ndə "Açıq qapı" günləri təşkil olunaraq muzeyə gələn tamaşaçılara mühazirələr oxunur, eksponatlar haqqında geniş məlumat verilir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ağsu Tarix-Diyarşünaslıq Muzeyində yeni eksponatlar". http://medeniyyet.az. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.11.2020.
  2. "Ağsu Tarix-Diyarşünaslıq Muzeyi". http://ismayilli.mctgov.az. 2020-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18.11.2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]