Aşı sumaq

Aşı sumaq (lat. Rhus coriaria L.) — Sumaxkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü.[2]

Aşı sumaq
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Aşı sumaq
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

2–3 m hündürlüyündə, 15-20 sm diametrində, azbudaqlı, xırda ağac və ya koldur. Yaşlı ağacların gövdəsinin qabığı bozumtul rəngli, dayaz, qeyri-bərabər çatlıdır. Cavan zoğlarının qabığı açıq-şabalıdı rəngli, qumral tükcüklərlə örtülüdür. Yarpaqları təklələkvari, növbəli düzülmüşdür, 12(10)-20 sm uzunluğundadır. Çiçəkləri müxtəlifcinsli xırda, birillik zoğların ucunda ehramşəkilli süpürgəvari çiçək qrupunda toplanmışdır. Meyvəsi çox bərk, qonur-qırmızı rəngli, yumru olub, qırmızımtıl vəzicikli tükcüklərlə örtülüdür, 5–6 mm diametrindədir.[3]

Yarpaqlarının uzunluğu 12-22 sm olub, qışda töküləndir, növbəli düzülmüş, tək lələkvaridir, 9-17ədəd yarpaqcıqdan ibarətdir, dar qanadlı oxun yuxarı hissəsində; yarpaqcıqların uzunluğu 3-6 sm olub, oturaqdır, uzunsov-neştərvari, uzunsov-yumurtaşəkilli və ya yumurtaşəkillidir, kənarları mişarvari-dişcikli və ya küt-dişcikli, demək olar ki, dairəvi-dişlidir üst tərəfdən tünd-yaşıl, alt tərəfdən tutqun-yaşıl, bəzən bozumtul-ağ rəngdə olur, hər iki tərəfdən və ya əsasən alt tərəfdən qısa tükcüklü, təpə hissədə sivriləşmiş və ya kütdür.[4]

Çiçəkləri müxtəlifcinsli, xırda, yaşılımtılağ rəngdədir və təpə hissədə piramidaşəkilli süpürgəvari çiçək qrupunda toplanmışdır.

Meyvələri qonurtəhər-qırmızı rəngli, dairəvi-böyrəkşəkilli formada olub, qırmızı vəzili tükcüklərlə sıx örtülmüşdür, diametri 5–6 mm-dir. Toxumları qonur, parıldayan və çox bərkdir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

May –iyun aylarında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Tozlanması entomofildir. Toxumla və kök pöhrələri ilə çoxalır. Torpağa az tələbkar, quraqlığa davamlı, istisevən bitkidir. Orta qurşağa qədər meşələrdə, meşə kənarlarında, daşlı və qayalı yerlərdə qrupla bitir.[5]

Kserofitdir, meşə-kol bitkilik tipində rast gəlir. Əsasən meşələrdə, daşlı və qayalı yamaclarda qrup şəklində bitir. Bəzi rayonlarda cəngəlliklər əmələ gətirir.

Böyük və Kiçik Qafqazın bütün rayonları, Qobustan, Bozqır yaylası, Kür-Araz və Lənkəran ovalıqları, Lənkəranın dağlıq hissəsi, Naxçıvanda arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər)bitir.[6]

Populyasiyanın təbii bərpasının ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir. Antropogen faktorların təsiri altında son 10 ildə xeyli azalmışdır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Əhali tərəfindən qida və dərman bitkisi kimi istifadə edilməsi, meşə torpaqlarının əkin üçün istifadə edilmsəsi və mal-qaranın otarılması.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Hirkan Milli ParkındaTüryançay Dövlət Təbiət Qoruğunda mühafizə olunur.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir.Elmi və xalq təbabətində, homeopatiyada geniş tətbiq edilir. Əsasən böyrək, öd kisəsi xəstəlikləri, çinədan (zob), sətəlcəm, revmatizm, ishal,qanaxma, yanıqlar, irinli yaralar və xoralar, ağız boşluğunun iltihabı, zəhərlənmə, və s. hallarda istifadə olunur. Antivirus, büzüşdürücü, iltihab proseslərinə və qızdırmaya qarşı təsirə malikdir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Aşı sumaxın tərkibində C vitamini, flavonoid,antosian, karotinoidlər, eləcə də efir yağları və aşı maddələri vardır.

Müalıcə məqsədi ilə bitkinin yarpaqları və meyvələrı istifadə edilir. Cövhərlər formasında istifadə edilir.

Sumaxın meyvələrinin qabığı turşməzə dada malikdir və yeməklərdə ədviyyə kimi geniş istifadə olunur. Dekorativ, balverən, boyaq və aşı maddələrlə zəngin olan bitkidır.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Aşı və boyaq əhəmiyyətli bitkidir. Qida üçün istifadə olunur. Təzə yarpaqlarından alınan məlhəm yel, podaqra, qəbizlik, iflic və s. xəstəliklərdə istifadə olunur. Dekorativ bitkidir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 265.
  2. Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011
  3. Флора Азербайджана, 1955
  4. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
  5. Mehdiyeva N.P.«Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011
  6. Azərbaycanın ağac və kolları, 1970