Aşıq Əhliman

Aşıq Əhliman (9 mart 1955, Bərgüşad, Ucar rayonu) — aşıq.[1] Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2007)

Aşıq Əhliman
Ümumi məlumatlar
Doğum tarixi 9 mart 1955(1955-03-09) (69 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Mükafatları "Aşıq Ələsgər – 200" yubiley medalı Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Əhliman Rəhim oğlu Rəhimov 9 mart 1955-ci ildə Ucar rayonunun Bərgüşad kəndində dünyaya göz açıb.[2] Hələ uşaqlıqdan şeir, sənət və ustadlar haqqında söhbətlərə saatlarla qulaq asmaqdan doymazdı. Ətraf kəndlərin hansında Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Fərhad, Aşıq Pənah, Məhəmmədağa çalıb-oxuyurdusa, Əhliman özünü o məclisə yetirirdi. Ustad sənətçilərin söylədikləri sirli-sehrli nağıl və dastanları yaddaşına köçürməyə çalışar, saz havasını nəfəs kimi udardı. Əhlimanın duyğuları böyük Füzulinin ustad hesab etdiyi Həbibinin doğulduğu Bərgüşad kəndinin gözəl təbiətindən qidalanıb. Şirin nəğmələri ilə qəlbləri fəth edən Aşıq Əhliman Rəhimovun sənətinin gücü həm də sadə, təvazökar və təbii danışığında, səmimi insani münasibətindədir.

Aşıq Əhliman özünün açdığı cığırla gedən el sənətkarıdır. Oxuduğu qoşmalar, gəraylılar, müxəmməslər, təcnislər… hamısı sazın qəlbləri ovsunlayan cingiltisi ilə gözəl səsin sehrinə qarışır. Əslində haray qoparan, cansız taxta parçası və yaxud ona bənd edilmiş simlər deyil, aşığın yanar qəlbinin səsidir[3].

17 sentyabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

29 dekabr 2021-ci ildə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında xüsusi xidmətlərə görə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunub

  1. Ə h l i m a n R Ə H İ M O V – 60[ölü keçid]. "Ozan dünyası" jurnalı, №2(23). 2015.
  2. Abdullayeva, S. Aşıq Əhlimanın 60 illiyi qeyd olunub: [Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında] //525-ci qəzet.- 2015.- 11 mart.- S.7.
  3. Aşıq Əhliman[ölü keçid]