Aşıq Əli Şairov

Aşıq Əli Şairov (Şairov Əli Şamil oğlu; 1913, Daşkənd, Yeni Bəyazid qəzası1943) — azərbaycanlı şair, aşıq.

Aşıq Əli Şairov
Əli Şamil oğlu Şairov
Doğum adı Əli Şairov
Doğum tarixi
Doğum yeri Daşkənd, Basarkeçər rayonu, Göyçə mahalı, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat səbəbi itkin düşüb
Dəfn yeri bilinmir
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aşıq
Əsərlərinin dili azərbaycanca
Vikimənbənin loqosu Aşıq Əli Şairov Vikimənbədə

Aşıq Əli Şairov 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Şair Məmmədhüseynin nəticəsidir.

1941-ci ildə Böyük Vətən müharibəsinə Daşkənddən səfərbər olunan 206 nəfərdən biri də Əli Şairov olmuşdur. Böyük Vətən müharibəsində 124 nəfər həmkəndlisi kimi o da qəhrəmancasına həlak olmuşdur. Onun sonuncu məktubu Port-Artur şəhərindən gəlmişdir.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əli Şairovun şeirlərindən məlum olur ki, o çox gözəl təbə malik, demək olar ki, haqq vergili şair və aşıq olmuşdur. Onun şəxsi sazı və əlyazmaları bu günə qədər qohumları tərəfindən saxlanılmaqdadır.

Aşıq Əli Şairovun yaradıcılığında klassik aşıq üslubunda deyişmə və dərdləşmələrinə də rast gəlinir. Bunlardan öz əmisi oğlu Aşıq Abbasəli Xəlilovla deyişməsini misal göstərmək olar. Müxtəlif janrlarda və dini mövzularda olan şeirlərindən o da məlum olur ki, Aşıq Əli Şairov dini dərindən mənimsəmişdir.

Barəsində yazılanlar

[redaktə | mənbəni redaktə et]
  • Xasay Zeynalovun 2001-ci ildə yazdığı "Göyçə mahalının tarixindən yarpaqlar" adlı əlyazmasında Aşıq Əli Şairovun 13 şeiri və 1 deyişməsi verilmişdir (səh.104–114).
  • Məhəmməd Ələkbərlinin 2006-cı ildə "Nurlan" nəşriyyatında çap etdirdiyi "Durna qatarı-II" ədəbi toplusunda Aşıq Əli Şairovun 5 şeiri çap olunmuşdur (səh.122–125).
  1. Araz Yaquboğlu. "Ozan dünyası. №2(30)" (PDF). Bakı (az.). "Elm və təhsil". 2018. İstifadə tarixi: 2018-12-26.
  • Qara Namazov. "Aşıqlar" (I kitab), Bakı, "Səda", 2004. səh.136–137.
  • Araz Yaquboğlu, Daşkənd Aşıqları və Şairləri, Bakı-2008
  • "Durna qatarı-2", Bakı-2006, səh.122–125.