Aşıq Əmrah Gülməmmədov (1914, Araplı – 1987, Araplı, Marneuli rayonu) — Gürcüstanlı ustad-aşıq.[1]
Aşıq Əmrah | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 1987 |
Vəfat yeri | |
Dəfn yeri |
Aşıq Əmrah (Əmrah Paşa oğlu Gulməmmədov) 1908-ci ildə Borçalıda – Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində doğulmuşdur.[2] Saz çalmağı uşaq yaşlarında atası Paşa kişidən öyrənmişdir. Həddi-büluğa çatanda atası onu dövrünün seçilib-sayılan ustad sənətkarı Aşıq Məsimin (Məsim Yadigarov) yanına şəyirdliyə qoyur.
Əmrah Gülməmmədov Aşıq Məsimin yanında püxtələşdikcə, aşıq sənətinin sirlərinə daha yaxından bələd olur, həzin aşıq-el havalarının mahir ifaçısına çevrilir. Beləliklə, o, öz sənətini inkişaf etdirərək, yüksək zirvələrə qaldırmağa müvəffəq olur.
Aşıq Əmrahın 1930-cu illərdən Borçalının ən böyük el şənliklərində səsləndirdiyi havalar və mahnılar artıq 50-ci illərdən başlayaraq Bakının radio dalğalarında və geniş konsert salonlarında səslənir.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki iştirakı onun ustad aşıq kimi daha da məşhurlaşmasına təkan verdi.
1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında, 1966-cı ildə Aşıq Ələsgərin yubileyində, 1984-cü ildə isə Azərbaycan aşıqlarının IV qurultayında ağsaqqal ustad-aşıq kimi hamişəlik yadda qalan çıxışları olmuşdur.
Aşıq Əmrahın bir sənətkar kimi böyüklüyü həm də ondadır kı, o, çalıb-oxumaqla yanaşı mahir saz reformatoru idi. Mütəxəssislərin yekdil fikrinə görə Sadıqcanın tardakı yeniliklərini Aşıq Əmrah sazda etmişdir. Böyük ustadın çoxlu şəyirdləri olmuşdur, amma onun yetişdirdiyi aşıqlar arasında ən məşhuru həmişəyaşar saz və söz ustası Aşıq Kamandardır.
Aşıq Əmrah sənətkarlığının ucalığı həm də ondadır ki, tədqiqatçılara məlum olan 72 saz havasını inkişaf etdirib təkmilləşdirərək onların sayının 81-ə çatdırmısdır. O, ilk dəfə olaraq "Yurd yeri", "Susənbəri", "Turacı" və s. qədim Borçalı havalarını bərpa edərək səsləndirmişdir.
Aşıq Əmrah 1987-ci ildə doğma kəndi Araplıda vəfat etmişdir.[3]