Aşıq Altay

Aşıq Altay Məmmədovazərbaycanlı ustad aşıq, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi.

Altay Məmmədov
Aşıq Altay
Digər adı Məmmədov Altay Ələddin oğlu
Doğum tarixi (52 yaş)
Doğum yeri Düz Rəsullu, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti alim
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d]
Üzvlüyü

Məmmədov Altay Ələddin oğlu 1972-ci il martın 7-də Azərbaycanın Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. 1989-cı ildə Düz Rəsullu kənd orta məktəbini bitirmişdir. Hərbi xidməti başa vuraraq 1992-ci ildə Gədəbəy rayonunun Çay Rəsullu kənd musiqi məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. Hələ kiçik yaşlarından aşıq sənətinə böyük həvəs göstərməyi, ustad aşıqlara həvəslə qulaq asmağı, el şənliklərində, məclislərində mütamadi olaraq iştirak etməyi onu el-oba içində bir gənc aşıq kimi tanıtmışdır.

1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Bədii xalq yaradıcılığı" fakültəsinə qəbul olunmuş, 1998-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək, 1998-2000-ci illərdə teatrşünaslıq ixtisası üzrə magistr dərəcəsi almışdır.

1995-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutnun nəzdində Dədə Qorqud adına Folklor Elmi-Mədəni Mərkəzi ilə əməkdaşlığa başlamış, Azərbaycan Milli Elmlər Akademiyası Folkor İnstitutunda 2001-ci ildən kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. Bu illər ərzində aşıq sənətinin gənc və yetkin bir nümayəndəsi kimi Dövlət Televiziya və Radio dalğalarında ardıcıl olaraq çıxışları olmuş, Dövlət tədbirlərinə, Bayram şənliklərinə dəfələrlə dəvət olunmuş və uğurla çıxış etmişdir. İfasında Dövlət Televiziyası və Radiosunun Səsyazma arxivində 30-dan çox aşıq havaları yazılmışdır. Bir necə sənədli televiziya filmlərində cəkilmişdir. Aşıq sənəti YUNESKO-ya daxil edilərkən 2009-cu ilin mart və may aylarında Fransaya dəvət almış, luvr muzeyində və digər mötəbər tədbirlərdə uğurlu cıxışlar etmişdir. Dünyanın 20-dən cox xarici ölkələrində aşıq sənətini təmsil etmişdir.Yaradıcı aşıqdır. İndiyə qədər aşıq şeir şəkillərinin müxtəlif formalarında 500-dən cox şeir nümunələri, bir qəhrəmanlıq dastanı, bir məhəbbət dastanı yaratmışdır ki, bunların az bir qismi muxtəlif qəzet, jurnal və kitablarda cap olunmuş, tele-radio verlişlərində səsləndirilmişdir.

Altay Ələddin oğlu Məmmədov 2001-ci ildən ADMİU-də müəllim kimi fəaliyyətə başlamışdır. Bir monoqrafiyanın, 20-dən çox elmi məqalənin müəlifi, aşıq sənəti üzrə bir dərsliyin və bir necə proqramların həmmüəllifidir.

Hal–hazırda ADMİU-nin "Aşıq sənəti" kafedrasının baş müəllimi, Azərbaycan Aşiqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktorudur. Ailəlidir, dörd evladı var.

Səhnə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2009-cu ilin mart və may aylarında YUNESKO-nun tədbirləri çərçivəsində aşıq sənətini təbliği ilə əlaqədar Fransaya dəvət almış, Luvr muzeyində və digər mötəbər tədbirlərdə aşıq sənətini yüksək səhnələrdə təmsil edərək uğurlu çıxışlar etmişdir.

Kino fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1). 2003-cü ildə "Koroğlu dastanı" əsasında çəkilmiş "Koroğlu (film, 2003) " filmində Sufi dərvişi rolunu ifa etmişdir.
  • 2). Aşıq Ələsgərə həsr olunmuş televiziya filmində çəkilmişdir.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]