Çay Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çay Rəsullu kənd inzibati ərazi dairəsində kənd.[2]
Çay Rəsullu | |
---|---|
40°40′48″ şm. e. 45°27′31″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.422 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 927 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2137[1] |
Axınca çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 19-cu əsrin birinci yarısında Abşerondan və Şamaxı şəhərindən gələn köçkünlər yaratmışlar. İlk əsası Alı adlı bir qoca və onun beş oğlu tərəfindən qoyulan Cay Rəsullu və Bəydəmirli kəndləri sonralar ətraf kəndlərin məskunlaşmasında böyük rol oynamışlar. Oykonim çay və Rəsullu (etnotoponim) komponentlərindən düzəlib, "çay kənarındakı Rəsullu kəndi" mənasındadır.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 927 nəfər əhali yaşayır.[4]