Aşıq Hüseyn Şəmkirli

Aşıq Hüseyn Şəmkirli (1811, Şəmkir1891) — aşıq, şair.[1]

Aşıq Hüseyn Şəmkirli
Doğum tarixi 1811
Doğum yeri
Vəfat tarixi 1891
Fəaliyyəti şair
Vikimənbənin loqosu Aşıq Hüseyn Şəmkirli Vikimənbədə

Aşıq Hüseyn Şəmkirli 1811-ci ildə Şəmkirin Qapanlı kəndində anadan olmuşdur. Daha sonradan köçərək Qaracəmirli kəndində məskunlaşmışdır.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Aşıq Hüseyn mollalara zidd getməyi və "Dinmə ver" adlı şeiri və "Reyhan" nağılı ilə məşhurdur. Mollalar haqqında olan şeirlərini və "Reyhan" nağılını Çardaxlıdan olan erməni Aşıq Avakın dilindən Vəli Xuluflu qeyd alarak folklor nümunəsi kimi yaymışdır. "Dinmə ver" şeirini çar hakimiyyəti dövründə kəndlilərdən, yoxsullardan haqsız yerə yığılan vergiləri tənqid edən əsər olmuşdur. Lakin bu şeirin sözləri günümüzə qədər çatmamışdır.

Aşıq Hüseynin azərbaycanlı şagirdlərindən başqa bir neçə də erməni şagirdləri olmuşdur: Çardaxlı Aşıq Mikiş, Aşı Avak vs. Aşıq Mikiş bütün ömrüncə Aşıq Hüseyndən aynlmayıb onun ilə gəzərmiş. Erməni və azərbaycanlı aşıqlar arasında Aşıq Hüseyni Mikişdən başqa yaxşı bilən yox idi. Aşıq Hüseynin "Reyhan" nağılının mollalar haqqında olan şeirlərindən biri çardaxlı Aşıq Avakdan eşidilərək yazılıb, o biri "Mollalar" və "Sənə nə" şeiri Bozalqanlı Hüseynin dilindən eşidilərək yazılmışdır.[3]

Aşıq Hüseyn Şəmkir 1891-ci ildə vəfat etmişdir. Oğlu Aşıq Çoban da öz dövrünün məşhur aşıqlarından olmuşdur.

  • Aşıq Hüseyn Şəmkirli. (tərtib edəni Ə.Axundov). Bakı: Gənclik, 1971, 92 s.
  1. Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr) Arxivləşdirilib 2017-05-17 at the Wayback Machine, Bakı, 2004.
  2. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  3. Vəli Xuluflu, El aşıqları, Bakı, Azərbaycanı öyrənən cəmiyyət nəşriyyatı, 1927

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]