Aşıq Hacalı Hacıyev (1 yanvar 1935, Quşçu, Şamaxı rayonu – 10 mart 1983, Quşçu, Şamaxı rayonu) - görkəmli Azərbaycanlı ustad aşıq.[1][2][3][4]
Aşıq Hacalı Hacıyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 10 mart 1983 (48 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | şair |
Hacalı Hacıyev 1935-ci ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olub.[1] Aşıqlıq sənətinin sirlərini Aşıq Söhbətdən öyrənmişdir.[1][2] Şaqraq və məlahətli səsi, xoş avazı ilə diqqəti cəlb etmişdir. Şeirlər yazmış, nəğmələr bəstələmişdir.[5][3]
Azərbaycan aşıqlarının 1961-ci ildə keçirilən III qurultayının iştirakçısı olmuşdur.[1] Ümumittifaq müsabiqələrinin laureatı adına layiq görülmüşdür.[1][2]
Hacalı Hacıyev 10 mart 1983-cü ildə Şamaxı rayonunun Quşçu kəndində vəfat edib.[6]