Quşçu (Şamaxı)


QuşçuAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.

Quşçu
40°26′14″ şm. e. 48°44′21″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.800 nəf.
Xəritəni göstər/gizlə
Quşçu xəritədə
Quşçu
Quşçu

Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.[1]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Ləngəbiz silsiləsinin yamacında yerləşir.

1919-cu il tarixində ermənilər tərəfindən 600 evlik Quşçu kəndində 192 kişi, 115 qadın, 25 uşaq öldürülmüşdür.

Hazırda əhali sayına görə rayonun ikinci böyuk kəndidir.

Kənd əhalisi 4800 nəfərdir ki, onunda 2460 nəfəri kişi, 2340 nəfəri isə qadınlar təşkil edir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.

  1. Quşçu (Şamaxı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 76. ISBN 978-9952-34-156-0.