Aşıq Heydər (tam adı:Məmmədov Heydər Kərim oğlu; d. 1867 – ö. 1949) — XIX əsrin sonu XX əsrin birinci yarısında yaşamış Ağbaba mahalının ustad aşığı, Ağbaba Süvarı Alayının Baş Ozanı[1]
Aşıq Heydər | |
---|---|
Məmmədov Heydər Kərim oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Düzkənd, Amasiya, Ağbaba mahalı |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Düzkənd, Amasiya, Ağbaba mahalı |
Uşaqları |
Kərim Rəhim Həcər Sefiyyə |
Atası | Kərim Məmməd oğlu |
Anası | Zeynəb Molla Əhməd qızı |
Milliyyəti | azərbaycanlı |
Məmmədov Heydər Kərim oğlu 1867-ci ildə Ağbaba mahalının Düzkənd kəndində anadan olmuşdur[2]. Heydər üç yaşında olanda atası vəfat etmiş, anası isə öz dayısı molla Əhmədin təkidi ilə başqasına ərə verilmişdir. Heydər əmisi Məşədi Rəcəbin himayəsində yaşamışdır. 25 yaşında ona yatdığı yerdə İstanbulun yaxınlığında yerləşən Dəyirman kəndində Süleyman bəyin qızı Bəyaz xanıma buta verilməsi məlum olmuşdur. Aşıq Heydər Bəyaz xanıma qovuşa bilməmişdir. Ancaq onun sözləri dillərdə dastan olmuş və bu günümüzə kimi gəlib çatmışdır.
Aşıq Heydər Aşıq Şenlik, Aşıq Nəsib və Çorlu Məhəmmədlə yaxın dost olmuşdur[3].
Aşıq Heydər el şairi olmaqla bərabər kirkirə, dibək-salğar, cəhrə, yun darağı düzəldər, ağacdan qaşıq, qəlyan, müştük yonub hazırlamaqda da mahir sənətkar olmuşdur[4].
Aşıq Heydər 1949-cu ilin mart ayının 19–u nəvəsi Yusif Rəhim oğlu Heydərova "Axtarın məni" qoşmasını deyərək, Düzkənd kəndində vəfat etmişdir[2].