Aşıq Nəcəf Əlimərdanlı

Aşıq Nəcəf Əlimərdanlı (tam adı:Nəcəf Alı oğlu Hüseynov; 1900, Əlimərdanlı1946, Tovuz rayonu) — Azərbaycanlı aşıq, şair, 1937-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü.[1]

Aşıq Nəcəf Əlimərdanlı
Nəcəf Alı oğlu Hüseynov
Doğum adı Nəcəf
Təxəllüsü Əlimərdanlı
Doğum tarixi 1900/1905
Doğum yeri Əlimərdanlı, Tovuz rayonu
Vəfat tarixi
Vəfat yeri Əlimərdanlı, Tovuz rayonu
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Atası Alı
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan dili
Vikimənbənin loqosu Aşıq Nəcəf Əlimərdanlı Vikimənbədə

Aşıq Nəcəf Əlimərdanlı 1900-cü ildə[2]) Tovuzun Əlimərdanlı kəndində anadan olub[3]. Kiçik yaşlarından qoyun-quzu otarmış, təhsil ala bilməmişdir. 1926-cı ilin axırlarına kimi həmin rayonun Oaracaəmirli kəndində çoban olmuşdur[2]

Aşıq sənətini Aşıq Hüseyn Bozalqanlidan öyrənib. Bir yaradıcı aşıq kimi qoşma, gəraylı, təcnis, ustadnamə, divani, müxəmməs yazıb[3].

Dayısı Molla İsmayılın yanında mükəmməl şəriət təhsili almışdır. Aşıq nəcəfin babası Kərbəlayı Hüseyn Kərbəlayı Pənah oğlu uzun müddət Əlimərdanlı kəndinin koxası olmuşdur.

Üç şeirlər kitabı nəşr edilib. 1937-ci ildən SSRİ YB-nin üzvü olub. 1928-ci ildə aşıqların birinci qurultayına nümayəndkeçirsə başa, ə seçilib[3].

1942-ci il yanvar ayının əvvəllərində hərbi səfərbərliyə alınmış, 26-cı atıcı alayının tərkibində cəbhəyə getmiş və cəbhədə qəhrəmanlıqla döyüşmüşdür. O bu döyüşlərdə sağ gözünü itirib.

1946-cı il sentyabr ayinın 12-də vəfat edib. Məzarı doğma kəndindədir[3].

  • "Əlimərdanlı Aşıq Nəcəf", 1979. (Toplayanı: Rüstəm Rüstəmzadə), * "Əlimərdanlı Aşıq Nəcəf", 2001. "Ağrıdağ" nəşriyyatı, toplayanı və nəşr etdirəni nəvəsi Şair Alıyev Məzahir Şahniyar oğlu,
  • "Düşdüm eşqin sevdasına", 2010. "Nurlan" Nəşriyyatı, nəşr etdirən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qənirə xanım Paşayeva.
  1. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  2. 1 2 "Hüseynov Nəcəf — kataloq.net saytı". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-10.
  3. 1 2 3 4 Məhərrəm Hüseynli, "Tovuz — aşıqlar diyarı…" — tezadlar.az saytı [ölü keçid]