Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rüstəmzadə Rüstəm Bayraməli oğlu (27 mart 1930, Poylu – 20 oktyabr 2014, Poylu, Ağstafa rayonu) — şair, folklorşünas, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964), əmək veteranı (1989), filologiya elmləri doktoru (1989), professor (1990).
Rüstəm Rüstəmzadə | |
---|---|
Rüstəm Bayraməli oğlu Rüstəmzadə | |
Doğum tarixi | |
Doğum yeri | Poylu, Ağstafa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Poylu, Ağstafa rayonu, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | publisist |
Mükafatları |
Rüstəm Rüstəmzadə 1930-cu il martın 27-də Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuşdur. Burada ilk təhsil alsa da, Bakı şəhəri 132 saylı orta məktəbi bitirmişdir. Qazax Müəllimlər İnstitutunu başa vurandan sonra Ağsu rayonunun Pirhəsənli (1950–1951), Masallı rayonunun Təhləli kəndlərində orta məktəbin dərs-hissə müdiri işləmişdir (1952–1953). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirmişdir (1953–1957). Poylu stansiyası səkkizillik məktəbində dərs hissə müdiri olmuşdur (1953–1961). Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. "Azərbaycan kəndli hərəkatı haqqında qəhrəmanlıq nəğmələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş (1966), institutun xalq yaradıcılıq şöbəsində baş elmi işçi kimi çalışmışdır (1967). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent olmuşdur (1967–1988). "Azərbaycan tarixi qəhrəmanlıq dastanları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür (1989). Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax fılialının dekanı vəzifəsində çalışmışdır (1991–1995).
Orada ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışmışdır.(1995-ci ildən). Ədəbi fəaliyyətə tələbəlik illərindən başlamışdır. Yaradıcılığında şifahi xalq ədəbiyyatının toplanması, tədqiqi və təbliği başlıca yer tutur. Dövri mətbuatda yüzlərlə məqaləsi dərc olunmuşdur. Onun toplayıb tərtib etdiyi kitablar və monoqrafik tədqiqat əsərləri — "Xəyyat Mirzə" (1996), "Koroğlu nəvələri" (1967), "Əlimərdanlı Aşıq Nəcəf" (1979), "El qəhrəmanları xalq ədəbiyyatında" (1984), "Məhəbbət dastanları" (1981), "Aşıq rəvayətləri" (1988), "Yeddi dastan" (1989), "Aşıq Hüseyn Şəmkirli" (1991), "Azərbaycan tarixi qəhrəmanlıq dastanları" (1998), "Azərbaycan şifahi xalq yaradıcılığının öyrənilməsinə dair metodik göstəriş" (1977) və s. kütləvi tirajla nəşr olunmuşdur. Rüstəm Rüstəmzadə 20 oktyabr 2014-cü ildə vəfat etmiş və Ağstafanın Poylu qəsəbəsində dəfn olunmuşdur.