Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Pənahov Əlipənah Ələsgər oğlu (12 dekabr 1926, Salyan, Salyan qəzası – 26 avqust 1978) — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974).
Aşıq Pənah | |
---|---|
Əlipənah Ələsgər oğlu Pənahov | |
Doğum adı | Əlipənah |
Doğum tarixi | |
Doğum yeri | Salyan |
Vəfat tarixi | (51 yaşında) |
Fəaliyyəti | şair |
Üzvlüyü | |
Mükafatları |
Aşıq Pənah 12 dekabr 1926-cı ildə Salyanda doğulmuşdur.[1]
26 avqust 1978-ci ildə vəfat etmişdir.
Salyanda adına bir küçə və bir məktəb var. Ev muzeyi fəaliyyət göstərir.
2007-ci ildə Eldar İsgəndərzadənin ssenarisi əsasında Vasif Məmmədzadə tərindən haqqında qısametrajlı sənədli-bədii televiziya filmi çəkilmişdir.[2] Aşıq Pənah rolunda ustadın oğlu Taleh Pənahov çəkilib.
1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi. Aşıq Pənah 18 aşıq havası ("Dilbər", "Yeddi qardaş", "Azərbaycan" və s.) bəstələmişdir. Eyni zamanda mahnılar da bəstələmişdir, "Nə qəşəng bəzənmisən!" bu sırada xüsusi qeyd edilməlidir. "Qəhrəman şah Nəcəf", "Əsli və Kərəm", "Aşıq Qərib" və s. dastanları məclislərdə məharətlə ifa edirdi. Aşıq Pənah 2 dastanının ("Sülh", "Pambıqçılar") və 128-ə qədər qoşmanın müəllifidir.