"Aşık Qərib" (rus. Ашик Кериб) — Mixail Lermontovun 1837-ci ildə yazdığı povestdir . Aplin öz təəssüratlarını bölüşdüyü məqaləsində onun xarakteristikasını "qaranlıq" kimi təsvir edir və " Qafqazda bir qədər fərqli versiyalarda yaxşı tanınan xalq nağılının yenidən işlənməmiş transkripsiyası" kimi qələmə verir.[1] Powelstock bunu "nəsrdə bir türk nağılının transkripsiyasına bənzəyən yazı" kimi təsvir edir.[2] Daha sonralar qələmə aldığı "Dövrümüzün Qəhrəmanı" əsəri ilə birlikdə Aşıq Kərib obrazı fonunda Qafqaz mənzərələrinin və adət-ənənələrinin Lermontovun yaradıcılıq şüurunda böyük rol oynadığını göstərir.[1] "Aşıq Kərim" həm də 19-cu əsr rus ədəbiyyatında Qafqaz möbzulu janrının bir hissəsidir (Rusiya imperiyasının Qafqaz dağlarının cənubundakı torpaqları ələ keçirmək üçün uzun sürən hərbi əməliyyatlar apardığı vaxtlarda yazılmışdır).[3][4][5]
Aşıq Qərib | |
---|---|
Janr | nağıl |
Müəllif | Mixail Lermontov |
Orijinal dili | rus dili |
Yazılma ili | 1837 |
Nəşr ili | 1846 |