Aşıq Sakit Köçəri

Aşıq Sakit Köçəri — aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Aşıq Sakit Köçəri
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Dağıstan, Axtı, Xnov.
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Dərbənd
Dəfn yeri Şəki
Musiqiçi məlumatları
Fəaliyyəti Aşıq
Musiqi aləti Saz

1943-cü ildə Dağıstan MR Axtı rayonunun Xnov kəndində anadan olub.

1979–1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb.

Aşıq Sakit Köçəri Aşıq Şəmşirin sonuncu şəyirdi olub. Həm də yaradıcı aşıq olmuşdur.

Dərbənddə müəllim işləmişdir.

O, ömrünün sonlarını Dərbənddə yaşamış və orada vəfat etmişdir.

20 aprel 2010-cu ildə Dərbənd şəhərində vəfat etmiş və Şəkidə dəfn olunmuşdur.

  • "Dünyanı yenə bilsən" 1997
  • "Belə ustad olammazdı" 2007
  • "Dağların səsi" 2007
  • Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə), ensiklopedik məlumat kitabı, "Nurlar", Bakı, 2011.
  • Юсуфов М.Г., Агабалаев И.А. "О творчестве рутульского ашуга Сакита Кючери" (rus). Вестник Социально-педагогического института, № 4 (20). 2016.