Aşıq Veysəl (film, 2001)

Aşıq Veysəl qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Abbas tərəfindən 2001-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film görkəmli türk şairi Aşıq Veysəl Əfəndi haqqındadır.

Aşıq Veysəl
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Nazim Abbas
Ssenari müəllifi Vüqar Tapdıqlı
Operator Vaqif Behbudov
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 2001
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 39 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2001
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film görkəmli türk şairi Aşıq Veysəl Əfəndi haqqındadır. Gözlərinin nurunu itirsə də qəlbinin nurunu itirməyərək dillər əzbəri əsərlər yaradan Aşıq Veysəlin muzeyi, doğulub boya başa çatdığı, gəzdiyi məkanlar filmdə öz əksini tapır.

Aşıq Veysəl sağlığında seçilib, bu gün anılır. Özünü sözdə yox, sözü özündə yaşadıb. Məclis aşığı yox, cümhuriyyət aşiqi olub. Əyləndirməyib, əyilməyib, əl açmayıb.

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Vüqar Tapdıqlı
Rejissor: Nazim Abbas
Operator: Vaqif Behbudov

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2001-ci ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı