Aşşur


Aşşur və ya Assur (/ˈæsʊər/; Şumercə: 𒀭𒊹𒆠 AN.ŠAR2KI, Assur mixi yazılarında:  Aš-šurKI, "Aşşur Allahının şəhəri"; Suryanicə: ܐܫܘܪ Āšūr; Qədim farsca: 𐎠𐎰𐎢𐎼 Aθur, farsca: آشور Āšūr; ibranicə: אַשּׁוּר ʾAššūr, ərəbcə: اشور) — Assuriyanın paytaxtı; Assuriyalılar tərəfindən tikilmiş və assuriyalıların Allahı Aşşurun şərəfinə adlandırılmış şəhər; b.e.ə. 2025-b.e.ə. 1364-cü illərdə mövcud olmuş qədim Aşşur şəhər dövlətinin, b.e.ə. 1363-b.e.ə. 912-ci illərdə Orta Assur imperiyasının, və b.e.ə. 911-b.e.ə. 609-cu illərdə mövcud olmuş Yeni Assur imperiyasının mərkəzi.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Aşşur şəhərinin qalıqları Dəclə çayının qərb sahillərində, bu çayın Kiçik Zab qolu ilə birləşdiyi yerdən şimalda - müasir İraq ərazisində, daha dəqiq isə Səladin əyalətinin Əl-Şirkət rayonunda aşkar edilib. Şəhərin erkən sülalə dövründən bizim eranın III əsrinə qədər - yəni Sasani imperiya tərəfindən dağıdılana qədər təxminən 3000 il mövcud olmuşdur.[1] Bu yaşayış məntəqəsi ümumdünya irs siyahısına əlavə edilib və 2003-cü ildə təhlükə altında olan abidələr sırasına daxil edilib. Abidə üçün yaranan bu təhlükə 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra daha da kəskin hal aldı. Aşşur Nimrud yaşayış yerindən 65 km (40 mil) və Ninəvadan isə 100 km (60 mil) cənubda yerləşir.

Öyrənilmə tarixi

[redaktə | mənbəni redaktə et]

Erkən tunc dövrü

[redaktə | mənbəni redaktə et]

Qədim və Orta Assur dövrü

[redaktə | mənbəni redaktə et]

Yeni Assur İmperiyası dövrü

[redaktə | mənbəni redaktə et]

Əhəməni imperiyası dövrü

[redaktə | mənbəni redaktə et]

Parfiya imperiyası dövrü

[redaktə | mənbəni redaktə et]

Assura üçün təhdidlər

[redaktə | mənbəni redaktə et]

Aşşur dövləti Babildən şimalda, Dəclə çayının yuxarı axarında yaranmışdı.

  1. "Arxivlənmiş surət". 2009-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]