Aşe — Krasnodar diyarının Soçi rayonunda yerləşən mikrorayon. Kurort rayonu olan Aşe Lazarevski rayonuna daxildir. Lazarevski isə Soçi kurort-şəhəri ərazisində olan 4 rayondan birirdir.
Aşe | |
---|---|
adıq Iэщэ | |
43°57′25″ şm. e. 39°16′30″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | Krasnodar diyarı |
Rayon | Soçi (rayon) |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 126 m |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 862 |
Poçt indeksi | 354 205 |
Mikrorayon Qara dəniz sahilində, eyniadlı Aşe çayının mənsəbində yerləşir. Lazarevski regional mərkəzdən 2 km şimal-qərbdə, Mərkəzi Soçidən 57 km və Krasnodar şəhərindən 133 km cənubda (düz xəttdə) yerləşir.
Rayon ərazisindən A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmir yolunun qolu keçir.
Şimal-qərbdən Sovet-Kvaje, şimal-şərqdən Şxafit və Tixonovka, şərqdə Mamedov Şel və cənub-şərqdə Lazarevskoye yaşayış məntəqələrinin ərazilər ilə həmsərhəddir.
Aşe Qara dəniz sahilinin dağətəyi zonasında dar alçaq bir vadidə yerləşir. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 38 metr yüksəklikdədir. Yaxınlıqdakı dağlıq ərazidə dəniz səviyyəsindən 300 metrlik zirvə var.
Hidroqrafik şəbəkə əsasən çay Aşe ilə təmsil olunur. Ərazi bulaqlarla da zəngindir.
İqlimi rütubətli subtropikdir. Orta illik hava temperaturu təxminən + 13,5 ° C, iyulun orta temperaturu + 24,0 ° C, yanvarın orta temperaturu isə + 6,0 ° C-dir. Orta illik yağıntı təxminən 1400 mm-dir. Yağıntıların çoxu qışda düşür.
Aşe adının toponimiyasının çərkəz-abxaz kökləri olduğu qəbul edilir, lakin buna baxmayaraq, çayın adının çərkəz-abxaz mənşəyi ilə bağlı bir çox versiyalar mövcuddur.
Ən çox yayılmış və tanınmış versiyaya görə, Aşe adı adıgey dilindən tərcümədə "silah" mənasını verən "Iэщэ" sözüdür. Qara dəniz sahilinə yaxın çayın mənsəbində isə silah satışı üçün böyük bir mərkəz var idi[1]
İkinci versiyaya görə Aşe Abaza knyazlıq ailəsinə — Aşa və ya abxaz sözü olan Açbaya gedib çıxır.
Arxeoloji tapıntılara əsasən demək mümkündür ki, bu ərazidə daş dövrünə aid yaşayış ərazilər mövcud olub. Bosfor çarlığı zamanında Aşe çayı mənsəbində liman olmuşdur.
Qafqaz müharibəsi zamanı Aşe çayı çərkəzlərlə rusların ən şiddətli qarşıdurma yerlərindən biri olub.