Aşir Atlı (türk. Aşir Atlı) (1881, Kilis – 23 oktyabr 1957, Türkiyə) — Türk əsgəri və siyasətçisi.
Aşir Atlı | |
---|---|
türk. Aşir Atlı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1881 |
Doğum yeri | |
Vəfat tarixi | 23 oktyabr 1957 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1903-cü ildən |
Rütbəsi | Mirliva |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
1864-cü ildə Böyük çərkəz sürgünü zamanı daha əvvəl Balkanlara, sonra isə Anadoluya köçən adıgeylər ailəsinə məxsus olan Mehmet bəyin oğlu idi. 1903-cü ildə hərbi məktəbi, 1906-cı ildə isə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirdi. Birinci Dünya müharibəsində İraq cəbhəsində müxtəlif komandirliklərdə rəhbərlik etmişdi.
27 iyun 1918-ci ildə 2-ci tümən, 23 dekabr 1919-cu ildə 16-cı tümən və 1921-ci ilin avqustunda 16-cı bölmə komandirliyinə təyin edildi. 23-cü bölməyə komandirlik etdiri müddətdə İzmir Şərq Cəbhəsi Milli Qüvvələrinə komandirlik etdi. Bu cəbhədə birlikdə döyüşdüyü Kuva-yi Seyyarenin Marmara və Anadoludakı üsyanları yatırmağa göndərilməsi səbəbilə Kuva-yi Seyyarenin komandiri Çərkəz Ethəmin ilə onun arasında bəzi anlaşılmazlıqlar oldu. Yunanıstanın hücumundan və irəliləməsindən sonra və çərkəz mənşəli olduğundan Bursalıların yıxılmasından general-mayor Bəkir Sami bəy ilə birlikdə Bursanın yunanların əlinə keçməsində cavabdeh oldu. Lakin onun xidmətlərini bilən və təqdir edən Mustafa Kamal Paşanın məsələyə müdaxilə etməsi və Türkiyə Böyük Millət Məclisində onları müdafiə etməsi səbəbilə arxa cəbhədə Antalya Valiliği və Region Komandirliyinə təyin edildi. Onun missiyası 1920-ci ilin noyabrından 1921-ci ilin avqustuna qədər davam etmişdir. Bu missiya zamanı italyanlarla siyasi və hərbi əməkdaşlığı inkişaf etdirdi. Kütahya-Əskişəhər döyüşündə yenidən cəbhəyə təyin edildi və Sakarya meydan döyüşü baş verən bir vaxtda polkovnik rütbəsinə yüksəldi.
Böyük hücumda və Dumlupınar döyüşündə 6-cı Korpusun 16-cı tümən komandiri idi. Qələbədən sonra 2-ci və 3-cü ordunun Baş Qərargah rəisi vəzifəsində çalışmışdır. 1925-ci ildə general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 1925–1928 illəri arasında Milli Müdafiə Nazirliyində xidmət etdi.
8 may 1930-cu ildə öz istəyi ilə general-mayor rütbəsindən təqaüdə çıxdı. 1939-cu ildən etibarən Türkiyə Böyük Millət Məclisinin VI, VII və VIII dövrlərində Kütahya, Bursa və Qaziantepin millət vəkili oldu.