Kilis

Kilis (türk. Kilis) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda yerləşən və Kilis ilinin mərkəzi olan şəhər.

Kilis
36°43′ şm. e. 37°07′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 660 m
Əhalisi
Əhalisi
  • 105.218 nəf. (2020)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 79000
Nəqliyyat kodu 79
Digər
kilis.bel.tr
Xəritəni göstər/gizlə
Kilis xəritədə
Kilis
Kilis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kilis şəhəri Qaziantep şəhərindən 55 km, Türkiyə-Suriya sərhədindən 10 km məsafədədir. Şəhərin dəniz səviyyəsindən orta yüksəkliyi 680 metrdir.

Şəhərin tarixinin miladdan 3 min il əvvələ qədər getdiyi hesab olunur. Şəhər müxtəlif dövrlərdə aşşurlar, hetlər, əhəmənilər, romalılar, bizanslılar, məmlüklərosmanlıların hakimiyyəti altında olmuşdur. 636-cı ildə xəlifə Ömər bin Xəttab tərəfindən xilafətin torpaqlarına qatılmış Kilis bu dövrdə Bizans İmperiyasına qarşı sərhəd məntəqəsi rolunu oynayırdı. Şəhər sonralar Məmlük idarəsində olmuş, 1516-cı ildə isə Mərcidabık döyüşü nəticəsində I Səlim tərəfindən Osmanlı ərazilərinə birləşdirilərək Hələb vilayətinə daxil edilmişdir. Birinci Dünya müharibəsindən sonra ingilislər, ardınca isə fransızlar tərəfindən işğal olunmuş Kilis 1921-ci ilin 7 dekabrında işğaldan azad edilərək Türkiyə Cümhuriyyətinin inzibati bölgəsinə çevrilmişdir.[3]

Kilis əvvəllər Qaziantep ilinin bir ilçəsi idi. 1995-ci ilin 6 iyununda qəbul edilmiş qərarla Türkiyənin 79-cu ilinə çevrildi.[4]

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. https://www.harita.gov.tr/images/urun/il_ilce_alanlari.pdf.
  3. "Kilis Tarihi". 04-02-2024 tarixində arxivləşdirilib.
  4. "Tarihçe". 04-02-2024 tarixində arxivləşdirilib.