Aşnikko

Aşnikko (əsl adı: Eşton Nikol Keysi; 19 fevral 1996, Ouk-Ridc[d], Şimali Karolina[1])[2] — amerikalı müğənni, repçi. Onun 2019-ci ildə Yung Baby Tate ilə ifa etdiyi "Stupid" sinqlı video paylaşma tətbiqi olan TikTok-da populyarlıq qazanıb. Bu sinql ABŞ və Kanadada qızıl sertifikat alıb.[3] Aşnikkonun debüt miskteypi olan "Demidevil" 2021-ci ilin yanvarında buraxılıb. Bu miksteypdə "Daisy" və Princess Nokia ilə səsləndirdiyi "Slumber Party" sinqlları yer almışdır. Aşnikko 2023-cü ildə "Weedkiller" adlanan debüt studiya albomunu yayımlayıb.

Aşnikko
ing. Ashnikko
Ümumi məlumatlar
Doğum tarixi 19 fevral 1996(1996-02-19) (28 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni-mahnı yazarı
Fəaliyyət illəri 2016-cı ildən
Janr pop musiqisi
Albom şirkətləri Parlophone, Warner Music Group[d]
ashnikko.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eşton Nikol Keysi[2] 19 fevral 1996-cı ildə Şimali Karolina ştatının Ouk-Ridc şəhərində doğulub. O, Qrinsboro şəhərində böyüyüb.[4] Valideynləri onu kantri musiqisinə və Slipknot qrupunun mahnılarına "məruz qoyublar".[5] O, 10 yaşında[6] M.I.A.-nın "Arular" albomunu dinlədikdən sonra musiqini, xüsusən də repi sevməyə başlayıb. 16 yaşına qədər kişi musiqiçiləri dinləmədiyini deyir.[7]

Atasının işinə görə o, yeniyetmə ikən ailəsi ilə birlikdə Estoniyaya köçüb. Orada bir il qaldıqdan sonra Latviyanın Riqa şəhərində yollanıblar.[4] O, sözügedən ölkədə, dövlət məktəbinin yeganə amerikalı şagirdi idi.[7] Aşnikko 18 yaşında olarkən təkbaşına Londona yola düşüb.[8]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Aşnikko 2019-cu ilin iyun ayında Twitter-də biseksual olduğunu açıqlayıb.[9] 2020-ci ildə verdiyi müsahibədə isə panseksual olduğunu bildirib.[10] 2021-ci ilin may ayında isə Aşnikko Twitter-də genderfluid olaraq "came out" edib. Sözlərinə görə "o, əvvəllər bu məlumatı paylaşmağa hazır deyilmiş, ancaq onun seksuallığı və cinsi kimliyi ilə bağlı son müzakirələri nəzərə alaraq bunun yaxşı vaxt olduğuna qərar verib."[11]

2020-ci ilin iyul ayında sinqlı "Daisy" haqqında danışan Aşnikko bildirib ki, xristian valideynlər tərəfindən böyüdülməsinə baxmayaraq, özünü heç bir dinə mənsub hiss etmir.[12]

  • Weedkiller (2023)
  1. 1 2 https://www.onestowatch.com/artist/ashnikko.
  2. 1 2 "Ashnikko Biography, Songs, & Albums". AllMusic (ingilis). September 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 24, 2022.
  3. Wetmore, Brendan. "Miley Cyrus Made a TikTok to Ashnikko With Cody Simpson". PAPER (ingilis). October 29, 2019. October 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2019.
  4. 1 2 Martin, Felicity. "Next Wave #862: Ashnikko". Clash Magazine (ingilis). August 18, 2018. December 15, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2019.
  5. Redação. "Americana Ashnikko celebra sucesso de "Stupid", próximo do TOP 200 Globalz". Jornal do Rap (portuqal). November 13, 2019. June 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2019.
  6. Sitat səhvi: Yanlış <ref> teqi; :1 adlı istinad üçün mətn göstərilməyib
  7. 1 2 "Ashnikko: 'I don't take no for an answer'". BBC News. 2020-10-02. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
  8. Wetmore, Brendan. "Ashnikko Is Ready for All of It". PAPER (ingilis). December 4, 2019. November 24, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2020.
  9. ashnikko [ashnikko]. "HAPPY PRIDE, BABIES!!!! 🏳️‍🌈this is the first year I have been truly honest with myself about my bisexuality and I'm really happy!!!!" (Tweet) (ingilis). July 5, 2019. May 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2021.
  10. Russell, Erica. "Ashnikko Has Entered The Chat". LADYGUNN (ingilis). June 24, 2020. October 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 17, 2021.
  11. ashnikko [ashnikko]. "and to clarify i am pansexual and genderfluid i just didn't feel ready to tell the internet yet but i guess now's a good time since everyone's doing a dissection into my sexuality and gender identity" (Tweet) (ingilis). May 23, 2021. May 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2021.
  12. Ashnikko "Daisy" Official Lyrics & Meaning | Verified (ingilis), July 1, 2023 tarixində arxivləşdirilib, İstifadə tarixi: July 15, 2021

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]