Aşoka (film, 2001)

Aşoka — 2001-ci ildə Sivanın rejissorluq etdiyi tarixi dram filmidir. Baş rolları Şahrux Xan və Kerina Kapur oynayır. Filmin prodüseri Şahrux Xan və Cühi Çavladır. Ssenaristlər Santoş Şivan və Saket Çaudharidir. Filmin gəlirinin az olmasına baxmayaraq, film tənqidçilərin rəğbətini qazandı. Filmə FilmFare Awards mükafatı təyin olundu.

Aşoka
hind. अशोका
Janr bioqrafik film, dram filmi
Prodüserlər
Baş rollarda
Distribütor Netflix
İlk baxış tarixi 2001
Müddət 169 dəq.
Ölkə
Dil Hind dili
Rəng rəngli
IMDb ID0249371

Bu film Mauriya sülaləsindən olan Padşah Aşokanın həyatı barədədir. Hələ uşaq olarkən Aşoka hökmranlıq həvəsində idi. Atası isə kiçik oğlunun hökmdar olmasını, qan tökməsini istəmirdi. Ona görə də atasının ölümündən sonra hakimiyyətə onun böyük qardaşı gəldi. Aşoka isə ordunun ən güclü sərkərdəsi oldu. Aşokanı çoxu öldürmək istəyirdi. Ona görədə anası onun saraydan gedib qəbilələrlə birgə yaşamasını və heç kimə kimliyini deməməsini tapşırdı. Aşoka ansının sözündən çıxa bilmir.

Bu zaman Hindistanda 2 müstəqil dövlət var idi: Kalinqa və Mauriya. Aşoka saraydan gedəndən sonra qardaşı Kalinga dövlətinə hücum etmiş və padşahla arvadını öldürmüşdü. Bu çaxnaşma zamanı Kalinqanın güclü sərkərdələrindən biri şahzadələri gözəl Kaurvaki və balaca qardaşı Ayanı qaçırıb bu qəbiləyə qoşur.

Çox keçməmiş Aşoka ilə Kaurvaki tanış olurlar. Amma Aşoka özünü Pavan kimi qələmə verir. Onlar evləndikdən sonra Aşokanı tutub saraya aparırlar. Aşoka evləndiyini deyib geri qayıdır. Bu zaman Kaurvaki ilə qardaşını əsir tuturlar. Aşokaya isə Kaurvakinin ölüm xəbərini deyirlər. Bu xəbərdən sonra Aşoka həyatdan bezir. Tamamilə başqa bir insan olur. Gözünü qan tutur. Öz qardaşını ölürür və taxta oturur. Sonralar Devi adlı bir qızla məcburi şəkildə evlənir. Kaurvaki və qardaşı azad olunduqdan sonra Pavanı axtarırlar. Amma tapa bilmirlər. Aşoka Kalinqaya çoxlu hücumlar edir. Nəhayət, həll edici döyüşdə öz ölkəsi uğrunda Kaurvaki də iştirak edir. Amma döyüşdə başından xəsarət alaraq yıxılır. Döyüşdə Aşoka qalib gəlir. Lakin o, əvvəlki kimi qürur hissi keçirmir. Qışqırıq səslərindən əvvəlki kimi zövq almır, əksinə, qəlbi ağrıyır. Səhvləri gözlərinin qabağına gəlir. Birdən qarşısında Kaurvakini görür. Bu vaxt hürkmüş Aşoka onu qucaqlamaq istəyir. Amma Kaurvaki imkan vermir. Aşoka:

-"Bu mənəm sənin Pavanın.

Kaurvaki:

-"Yox, sən mənim Pavanım deyilsən. Sən insanların qanına susayan Aşokasan. Nə qədər ki, mən sağam sən hələ mənim torpağımı ala bilməzsən!

Bu vaxt balaca Aya yaxınlaşıb:

-"Gördün Pavan onlar mənim torpağımı aldılar!"-Bunu deyib, üzüstə yıxıldı. Bu zaman onun belinə sancılan oxları görən Aşoka dayana bilməyib özünü uşağın üstünə atır:

"Yox Aya! Heç kimsənin torpağını almayıb. Bu torpaq sənindir. Ulduzlar, dünyalar hamısı sənindir!"

Amma Aya ölür. gec də olsa Aşoka səhvlərin başa düşür. Və deyir:"Padşahların qazandıqları bir qarış torpaq, minlərlə insanın göz yaşı və fəryadlarıdır."

  1. 1 2 3 http://stopklatka.pl/film/asoka-wielki.
  2. http://www.filmaffinity.com/es/film904980.html.
  3. 1 2 http://www.imdb.com/title/tt0249371/fullcredits.