Aşura pudinqi[1](türk. Aşure) və ya Nuh pudinqi — taxıl,meyvə və qozkimilər qarışığından ibarət türk deserti.
Aşura pudinqi, Balkanlarda və Türkiyədə İslami təqvimin ilk ayı Məhərrəmin onunda və ya Aşura günü təklif edilir.[2] Səfərad yəhudiləri Nuh pudinqini Tu Bişvat bayramı üçün hazırlayır.[3][4]
Aşura pudinqinin bir növ resepti yoxdur çünki regionlar və ailələr arasında reseptlər dəyişir.[5]
Ənənəvi olaraq, ən azı yeddi inqredientdən ibarət olduqu deyilir. Bəziləridə "onuncu" mövzusuna uyğun ən azı on inqredientdən ibarət olduqunu deyirlər. Bunların arasında buğda, düyü, lobya, noxud, şəkər (və ya digər şirinləndiricilər), qurudulmuş meyvə və qozkimilərdən ad aparmaq olar buna baxmayaraq ki bir çox variantları var. Bir çoxlarıda pudinqin dərinliyinə artırmaq üçün portağal və limon qabığı əlavə edirlər. Küncüt toxumu, nar dənəsi, gülab və darçın kimi dadvericilər üzərinə qoyulur. Aşura pudinqinin bəzi reseptlərində mərciməkdə ələvə olunur.