Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün.[1]
Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər.
Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür. Şiələrin bu gün dünya işləri ilə məşğul olmamaları, yas saxlamaları və Aşura ziyarətini yerinə yetirmələri yaxşıdır.»[2]
Aşura aşağıdakı bölgələrdə rəsmi tətildir:
Bölgənin adı | Tətil sayı |
---|---|
İraq | İki gün |
Pakistan | İki gün |
İran | İki gün |
Hind | İki gün |
Bəhreyn | İki gün |
Türkiyə | bir gün |
Livan | bir gün |
Əfqanıstan | bir gün |
Banqladeş | bir gün |
Əlcəzair | bir gün |
İraq Kürdüstanı | bir gün |
Hamburq | bir gün |
Bremen | bir gün |
Marneuli | bir gün |
İslam ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |