A5 — GSM (Group Special Mobile) standartlı mobil rabitə şəbəkələrində mobil terminal ilə baza stansiyası arasında ötürülən trafikin mühafizəsi üçün istifadə edilən axın şifri üçün Avropa standartıdır. Kriptoqrafik açarın uzunluğu 64 bitdir. Kriptoqrafik məhsulların ixracına olan məhdudiyyətlərə görə A5/1 və A5/2 (zəiflədilmiş) kimi iki variantı mövcuddur.