Global System for Mobile Communications (abr. GSM; azərb. Mobil Rabitə üzrə Qlobal Sistem) — Avropa Telekommunikasiya Standartları İnstitutu (ATSİ) tərəfindən mobil telefon və planşetlər kimi mobil cihazlar tərəfindən istifadə edilən ikinci nəsil (2G) rəqəmsal mobil şəbəkələr üçün hazırlanmış protokollar standartı. "GSM" həm də "GSMA"ya məxsus əmtəə nişanıdır.[1] "GSM" həmçinin, "Full Rate" səs kodekinə də aid edilir.[2]
GSM | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Telekommunikasiya |
Vikianbarda əlaqəli mediafayllar |
Bu, ilk dəfə 1991-ci ilin dekabrında Finlandiyada tətbiq edilmişdir.[3] 2010-cu illərin ortalarında 90%-dən çox bazar payına çatmış, 193-dən çox ölkə və ərazidə fəaliyyət göstərən mobil rabitə üçün qlobal standarta çevrilmişdir.[4] "GSM" sistemləri və xidmətləri "ETSI" tərəfindən idarə olunan bir sıra standartlarda təsvir edilmişdir.[5]
2G şəbəkələri birinci nəsil (1G) analoq mobil şəbəkələri əvəz etmək üçün hazırlanmışdır. "GSM" standartı əvvəlcə tam dupleks səsli telefoniya üçün optimallaşdırılmış rəqəmsal, dövrə keçidli şəbəkəyə aid edilirdi. Bu anlayışın əhatə dairəsi zaman keçdikcə genişlənmiş, məlumat kommunikasiyalarını, ilk növbədə "Circuit Switched Data", sonra "General Packet Radio Service" (GPRS) və "Enhanced Data rates for GSM Evolution" (EDGE) vasitəsilə paket məlumatların daşınmasına aid edilməyə başlamışdır.
"3GPP" sonradan üçüncü nəsil (3G) "UMTS" standartlarını, ardınca dördüncü nəsil (4G) "LTE Advanced" və beşinci nəsil 5G standartlarını işləyib hazırlamışdı. Sonuncu "ETSI GSM" standartının bir hissəsini təşkil etmir.
2010-cu illərin sonlarından başlayaraq, bütün dünyada müxtəlif operatorlar "GSM" şəbəkələrini bağlamağa başlamışdılar. Buna baxmayaraq, şəbəkənin geniş yayılması nəticəsində "GSM" qısaltması hələ də ondan yaranan çoxsaylı "G" mobil telefon texnologiyaları üçün ümumi termin kimi istifadə olunur.
Hücrə əsaslı mobil radio sistemi qurmaq təşəbbüsü ilk dəfə 1970-ci illərdə ABŞ-dəki Bell Laboratoriyasında göstərilmişdir. Lakin bu sistem 1980-ci illərə qədər ticari olaraq düşünülmədi. 1980-ci illərdə analoq hücrəsəl telefon sistemi Avropa daxilində xüsusiyyətlə də Skandinaviya ölkələri və İngiltərədə sürətli bir yüksəlişə keçdi. Lakin başlanğıcda hər ölkə özünə görə bir sistem inkişaf edirdi. Bu təbii olaraq bəzi problemləri özü ilə gətirdi:
Bu problemin həlli üçün 1982-ci ildə Avropa Məktub və Telekommunikasiya Konfederasiyası(Confederence of European Posta quruldu və Avropa standartlarını təyin edən Groupe Special Mobile (GSM) meydana gətirildi. Buna görə standart bir sistem bu meyarlara tabe olmalı idi:
"GSM" Azərbaycana 1994-cü ildə mobil rabitə operatoru olan Bakcellin yaranması ilə gəldi. Hazırda Azərbaycanda üç mobil rabitə operatoru var.
"GSM" rabitə sistemlərinin içərisində ən sərfəlisidir.