Yapon

Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya[1][2][3][4][5] əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar.

Yaponlar
yap. 日本人
Murasaki ŞikibuOda NobunaqaTokuqava İeyasuMeyciİto HirobumiAkiko YosanoHideki YukavaAkihito
Ümumi sayı
≈ 130 mln.
Yaşadığı ərazilər
Yaponiya Yaponiya 127 000 000
Braziliya: 1 500 000 [1]

ABŞ 1 204 205 [2]
Çin 127 282 [3]
Filippin 120 000 [4]
Kanada 98 900 [5]
Peru 90 000 [6]
Avstraliya 71 013 [7]
Böyük Britaniya 63 017 [8]
Tailand 45 805 [9]
Almaniya 36 960 [10]
Argentina 34 000 [11]
Fransa 30 947 [12]
Cənubi Koreya 28 320 [13]
Sinqapur 23 000 [14]
Çin Respublikası 20 373 [15]
: 20 000 [16]
Meksika 20 000 [17]
Boliviya 14 000 [18]
Yeni Zelandiya 13 447 [19]
İtaliya 12 156 [20]
İndoneziya 11 263 [21]
Paraqvay 10 321
Çili: 10 000
Vyetnam 9468 [22]
Malayziya 9142 [23]
İsveçrə 8499 [24]
Yeni Kaledoniya 8000 [25]
İspaniya 7046 [26]
Niderland 6616 [27]
Belçika 6519 [28]
Marşall adaları 6000 [29]
Palau 5000 [30]
Rusiya 2137 [31]

Dili

Yapon dili

Dini

Şintoizm, Buddizm

Sayı və yayılması

[redaktə | mənbəni redaktə et]

Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (KaliforniyaHavay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar.

Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır. Yaponların ilk qədim dövləti Yamatodur.

Adət-ənənə və mədəniyyət

[redaktə | mənbəni redaktə et]

Yaponların ənənəvi yaşayış evləri şəbəkə ilə inşa edilən 1 və ya iki mərtəbəli evlər olmuşdur. Divarları cərcivələrlə örtülürdü. Üzərlərinə isə kağız və katon yapışdırılırdı. Döşəmə taxtadan ibarət olsa da, üzəri xüsusi materialla örtülürdü. Onlar yerə xalı və ya xalça salmırdılar. Stol, stul və ya kreslolar ancaq qonaq otağına qoyulurdu. Onların stulları nisbətən kiçik olurdu. Əsasən dizlərini qatlayaraq otururdular. Oturduqları yerə döşəkcə sərilirdi. Olar yatağda deyil döşəmədə xüsusi örtütün üzərində yatırlsr. Başlarının altına isə yastıq deyil kiçik taxta qoyurlar. Evlər şəkillrllə bəzədilir. Bu şəkillərdə təbiət görüntüləri və ya aforizm (məsəl) yazıları təsvir olunur. Bu tip evlər Kakemono adlanır. Yaponların seçilmiş incənət sahəsi klassik yapon qravür sənətidir. Yaponların milli geyimləri Kimano (yap. 着物)adlanır. Bu kişi və qadınların üst geyimləridir. Kəmər Obi adlanır. Ayaqlarına ağ corab geyinirlər. Bu corabların xüsusiyyəti baş barmaqları ayrı olur. Bu corablar Tabi adlanır. Yayda isə kimanonun yüngül variantı geyinilir və Yokata adlanır. İki növ ayaqqabı geyinilirdi: Cori-rezin və dəri, Heta-taxtadan. Hazırda bu geyimlər əsasən toylarda geyinilir.

Qadınların geyimləri kişilərin geyimlərindən qol biçimlərinə görə fərqlənir. Qol hissə həmdə cib rolunu oynayır.

Yaponların qədim dəfn adətləri vardır. Hazırda isə Buddizm dəfn adətləri geniş yayılmışdır[6][7].

Ənənəvi olaraq düyü istehsalı ən başlıca yer tutur. Üstəlik yaponlar çay, tərəvəz və sitrus meyvələri əkirlər. Ən geniş yayılmış təsərrüfat sahəsi ipəkçilik və balıqçılıqdır. Yaponiya zəngin ehtiyatlara malik olmayan dövlət olmasına baxmayaraq xalqın birliyi, ümumi mənafe və yüksək təhsil sayəsində dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir. Xüsusi ilə İkinci Dünya müharibəsindən sonra inkişaf daha aydın sezilir. Onlar maşınqayırma və elektroenergetika və çihazqayırma sahəsində dünyada öz sözünü deyir.

  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 79.
  • Энциклопедия "Народы и религии мира", под ред. В. А. Тишкова. — М., 1989.
  • Энциклопедия "Мифы народов мира" в 2 т. — М., 1980.
  • Токарев С. А. Религии в истории народов мира. — М., 1976.
  • Yapon yeməkləri. — Minsk: АСТ Harvest, 2006.
  • Сахоко Кадзи, Норико Хама, Джонатан Райс.
  1. Japanese ethnicity // Encyclopædia Britannica. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-21.
  2. Japan. B. Ethnic Groups // Encart. 2008-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-21.
  3. "人類学的にはモンゴロイドの一。皮膚は黄色、虹彩は黒褐色、毛髪は黒色で直毛。言語は日本語。" (日本人 // Kōjien. Iwanami.)
  4. "人類学上は,旧石器時代あるいは縄文時代以来,現在の北海道〜沖縄諸島(南西諸島)に住んだ集団を祖先にもつ人々。" (日本人 // マイペディア. 平凡社.)
  5. "日本民族という意味で、文化を基準に人間を分類したときのグループである。また、文化のなかで言語はとくに重要なので、日本民族は日本語を母語としてもちいる人々とほぼ考えてよい。" (日本人 // エンカルタ. Microsoft.)
  6. "Yaponların dəfn adətləri". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-21.
  7. Двустадийная погребальная обрядность Японии и Окинавы как культурная модель Arxivləşdirilib 2014-11-05 at the Wayback Machine (rus.)