ABŞ-də prezident seçkiləri (2024)

ABŞ-də prezident seçkiləri 2024 — 2024-cü il noyabrın 5-nə təyin edilib.[1] Seçki ölkə tarixində 60-cı prezident seçkiləri oldu və bu seçkidə ABŞ-nin 47-ci prezidenti seçildi. 2020-ci il siyahıyaalmasının nəticələrinə əsasən, seçki səsləri ştatlar arasında yenidən bölüşdürüldü.15 noyabr 2022-ci ildə ABŞ-nin 45-ci prezidenti Donald Tramp seçki kampaniyasına başladığını elan etdi.[2] 25 aprel 2023-cü ildə hazırkı prezident Co Bayden namizədliyini elan etdi.[3]

← 2020  ABŞ  2028 →
ABŞ-də prezident seçkiləri 2024
5 noyabr 2024
Namizəd Kamala Harris Donald Tramp
Partiya Demokratlar Respublikaçılar

2020-ci il siyahıyaalma məlumatlarına əsaslanan 2024-cü il seçki xəritəsi

Nəticə Donald Tramp ABŞ-nın 47-ci prezidenti seçildi

ABŞ Konstitusiyasının 2-ci maddəsinə əsasən, prezident seçilmək üçün namizədin anadangəlmə ABŞ vətəndaşı olması, ən azı 35 yaşı olması və ən azı 14 il ölkədə yaşaması lazımdır. Namizədlər öz siyasi partiyaları tərəfindən praymerizin nəticələrinə əsasən irəli sürülür. Seçilmiş prezidentin andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə təyin edilib.

21 iyul 2024-cü ildə Co Bayden seçkilərdə iştirak etməkdən imtina etmişdir.[4] Onun yerinə Kamala Harris yarışa qatılmışdır.

Seçkilərin nəticələrinə görə, Donald Tramp qələbə qazanıb, Kamala Harris isə prezident seçkilərində məğlub olub.

  1. "2024 Elections" (PDF). sos.la.gov (ingilis). 2022-11-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-20.
  2. Brooke Singman. "Donald Trump announces 2024 re-election run for president". foxnews.com (ingilis). 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-20.
  3. Ben Gittleson, Molly Nagle. "Joe Biden announces he is running for president again, setting up possible Trump rematch". abcnews.go.com (ingilis). 2023-04-25. 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-25.
  4. "Bayden prezidentlik yarışından geri çəkildi". 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-22.