ABŞ İkinci dünya müharibəsində

ABŞ piyadaları hücum zamanı. "Overlord" əməliyyatı

ABŞ İkinci dünya müharibəsinə 7 dekabr 1941-ci ildə qoşulub. Amma təkcə 6 iyun 1944-cü ildə Avropada QƏrb cəbhəsi açılıb. ABŞ qoşunları Fransa (əsasən Normandiya), İtaliya, Tunis, Əlcəzair, Mərakeş, Almaniya, Niderland, BelçikaLüksemburq ərazilərində, eləcə də Sakit okeandaCənub-Şərqi Asiyada fəaliyyət göstərib.

Bu müharibədə ABŞ-nin itkisi 418 000 adam olub[1]. ABŞ ordusu ən çox itkini Arden əməliyyatında verib — 19 000 ölü. Bunda sonra itki sayına görə Okinava uğrunda döyüş, Normand əməliyyatı, Monte-Kassoni döyüşüİvodzima uğrunda döyüş gəlir. 2010-cu ilə olan məlumatlara görə İkinci dünya müharibəsində itkin düşmüş ABŞ hərbçilərinin sayı 74 000 nəfərdir[2]. ABŞ Milli Arxivi bu müaribədə ölən və itkin düşən bütün amerikalı hərbçilərin siyahısını tutub və çap etdirib.[3].

ABŞ-nin müharibədə iştirak edən digər ölkələrlə müqayisədə əsas üstünlüyü ərazisinin (Havay adalarından başqa) hərbi əməliyyat meydanına çevrilməməsi və heç bir dağıntıya məruz qalmaması idi. ABŞ müharibə dövründə antihitler koalisiyasının əsas cəbhəxanasına çevrildi, ölkə inhisarçılarının gəliri 87 milyard dolları ötüb keçdi. Bu dövrdə ölkədə avtomobil istehsalı dörd dəfə artdı. Onun silahlı qüvvələri döyüş texnikasına və sayına görə dünyada birinci yeri tuturdu və tərkibində 12 milyondan çox əsgər və zabit vardı.

Müharibədən sonra ABŞ dünya sənaye məhsulunun 54,6%-nı istehsal edirdi. Dünya qızıl ehtiyatlarının isə 53,3%-i bu dövlətin əlində mərkəzləşmişdi. ABŞ-nin belə inkişafını həm daxili, həm də xarici amillər müəyyən edirdi. Müharibə illərində Avropanın qabaqcıl dövlətlərindən olan İngiltərə və Fransa indi ona borcu olan dövlətlərə, Almaniya və Yaponiya isə müharibədə məğlub edilərək, müvəqqəti də olsa, zəif və gücsüz rəqiblərə çevrilmişdi. Digər tərəfdən isə ABŞ-nin özündə daxili bazarın geniş tutumu, sürətli kapital yığımı və onun ixracı, həmçinin məhsuldar qüvvələrin coşğun yüksəlişi imkan verirdi ki, o, super dövlət statusunu qoruyub saxlasın. ABŞ-nin bu dövrdə öz daxilində və dünyada 2367 hərbi bazası var idi. Əgər 1940-cı ildə ölkədə silahlanmaya 3,5 milyard dollar xərclənirdisə, 1948-ci ildə hərbi xərclər 13,4 milyard dollar təşkil edirdi.

İkinci dünya müharibəsindən bəri ABŞ hökuməti ictimai alimləri müşavirlər kimi daha çox iştətməyə başladı.[4]

  1. "Потери во Второй мировой войне". 2009-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-12.
  2. VFW Magazine, March 2010, p. 20.
  3. "WWII Casualty Records". 2012-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-12.
  4. David C. Engerman. "Social Science in the Cold War". Isis. 101 (2). 2010: 393-400 (395). JSTOR 653106.