Okinava döyüşü

Okinava uğrunda döyüş, həmçinin Aysberq əməliyyatı[16] — əməliyyat Yaponiyanın Okinava adasının ABŞ ordusu tərəfindən amerikan və britaniya donanmasının yardımı ilə ələ keçirilməsindən ibarət olmuşdur. Döyüş İkinci Dünya müharibəsinin tərkib hissəsi olaraq sonuncu desant çıxartma əməliyyatından əvvəl baş vermişdir. Üstəlik Sovet-yapon müharibəsi öncə son döyüş olmuşdur[17][18]. Döyüş 82 gün davam etmiş və ancaq 1945 ilin 23 iyulda başa çatmışdır.

Okinava döyüşü
İkinci Dünya müharibəsi
Tarix 1 aprel - 22 iyun 1945[1]
Yeri Okinava adası Yaponiya, Sakit okean
Səbəbi ABŞ ordusunun Yaponiyanın əsas adalarına gedən yolun üzərində yerləşən mühüm nöqtəni ələ keçirmək istəyi.
Nəticəsi ABŞ və onun müttəfiqlərinin qalibiyyəti, Yaponiyanın məğlubiyyəti
Ərazi dəyişikliyi Okinava adasının 1971-ci il qədər ABŞ-nin nəzarətində qalması
Münaqişə tərəfləri

Yaponiya Yaponiya imperiyası

ABŞ ABŞ
Böyük Britaniya Böyük Britaniya
Kanada Kanada
Avstraliya Avstraliya
Yeni Zelandiya Yeni Zelandiya

Komandan(lar)

Mitsuru Uşicima
İsamu Ço
Hiromiçi Yahara
Seyiti İto
Minoru Ota
Keyco Komura

ABŞ Çester Nimits
ABŞ Holland Smitt
ABŞ Cozef Stillvel
ABŞ Reysmon Spyuen
ABŞ Roy Heyqer
ABŞ Saymon Bakner
Böyük Britaniya Bryus Freyzer

Tərəflərin qüvvəsi

77.000 yapon əsgəri, 20,000 Okinavalı çağırışçılar[2]

541.000 Onuncu ordu, digər qoşunlar 183.000[3] - 250,000[4]

İtkilər

Şəxsi heyət

  • 77.166 ölü[5] (110,000 ABŞ məlumatı)
  • 7000 əsir

Hərbi texnika:

  • 1 linkor
  • 1 yüngül kreyser
  • 5 gəmi
  • 9 digər döyüş gəmiləri
  • 1430 təyyarə[6]
  • 27 tank
  • 743 artilleriya qurğusu

Şəxsi heyət

Hərbi texnika:

  • 12 gəmi
  • 15 amfibiya gəmi
  • 9 digər batırılmış gəmi
  • 386 zədələnmiş gəmi
  • 763[14]-768[15] təyyarə
  • 225 tank
Ümumi itkilər
40,000–150,000 mülki əhali, ümumi isə 300,000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İngilis dilində bu əməliyyat "Dəmir tayfun", yapon dilində isə yap. «Tesu-no ame»[19][20][21] adlandırılmışdır. Bu cür adların verilməsinin əsas səbəbləri ağır döyüşlər, fasiləsiz artilleriya atışları və ada ətrafına müttəfiqlərin sayı bəlli olmayaq gəmi və zirehli texnikasının toplanması, adaya olunan həmlələr buna rəvac vermişdir. Bu əməliyyat bütün Sakit okean cəbhəsinin ən qanlı döyüşlərindən olmuşdur. Döyüşdə yaponlar 100 000 əsgər və bir o qədərdə mülki əhalisini itirmişdir. Müttəfiqlərdən isə 12 000 əsgər ölmüş (böyük qismi ABŞ vətəndaşı) və 38,000 çox insan yaralışdır. Yaralıların böyük qismi özlərini öldürməklə canlarını qurtarırdılar. İlk hücum zamanı adanın mülkü əhalisinin ⅓`i həlak olmuşdur. Əməliyyatın əsas hədəfi Yaponiyanın mühüm adalarından 544 km aralıda yerləşən iri adanın ələ keçirilməsi olmuşdur. Uzun sürən Sakit okeanda yerləşən mühüm adaların ələ keçirilməsi əməliyyatları başa çatdıqdan sonra (ing. island hopping) müttəfiqlər artıq Yaponiyaya yaxınlaşmışdılar. Okinava əməliyyatı "Daunfol əməliyyatına" tramplin rolu oynamalı idi. Bu məqsədlə Okinava hərbi hava qüvvələrinin bazası rolunu oynamalı idi. Hiroşima və Naqasakiyə atom bombasının atılması ilə və üstəlik yaponlar üçün gözlənilməz olan Sovet-yapon müharibəsi[22][23] sonda Yaponiyanın kapituliasiya aktına qol çəkməsinə səbəb olur. Bununla da əsas adalara hücum planı gercəkləşməmiş qalır.

Quru qüvvələri

[redaktə | mənbəni redaktə et]

Əməliyyatlarda iştirak edən ABŞ hərbi qüvvələri general Saymon Bolivar Baknerin rəhbərlik etdiyi 10-cu diviziyası[24] olmuşdur. Ordunun tərkibinə 2 korpus daxil idi. 3-cü korpusa general-mayor Roy Qaynerin rəhbərliyi altında 1-ci və 6-cı dəniz piyadaları diviziyası, 23-cü korpusa isə general-mayor Con Hocun rəhbərliyi altında 7-ci və 96-cı piyada diviziyaları daxil idi. 2 dəniz piyada diviziyası isə dənizdə hazır vəziyyətdə gözləyirdi. Bu iki diviziyaların döyüşlərdə iştirakına ehtiyac olmamışdır. Üstəlik 10-cu ordunun tərkibinə 27-ci və 77-ci diviziyalar daxil idi. Ümumilikdə 10-cu ordunun tərkibinə 102 000 ABŞ ordu əsgərləri, 88 000 ABŞ dəniz piyadaları18 000 ABŞ hərbi dəniz qüvvələrinin əsgərləri daxil idi.

32-ci yapon ordusunun idarə heyəti. fevral 1945 il.

Yaponiya hərbi qüvvələri (özünü müdafiə) 32-ci ordunun 67 000 əsgəri (digər məlumata görə 77 000 əsgər) və 9 000 Yaponiya İmperiya donanmasının Oroku bazasında yerləşən (cəmi bir necə yüzü quruda döyüş təlimləri almışdı) qüvvələrindən ibarət idi. Üstəlik 39 000 yerli əhalidən ibarət olan könülülər də daxil idi (24 000 yerli özünü müdafiə təşkilatı olan "Boeytayda" və heç bir xüsusi geyimə malik olmayan 15 000 işçi). 1500 məktəbli "Dəmir və qan" adlı könüllü birlikdə müharibədə döyüşçülərə bir başa yardım göstərirdilər. 600 nəfər yuxarı sinif şagirdləri "Himeyuri" adlı sanitar yardım birliyinə cəlb edilmişdi[25].

İlk əvvəl 32-ci diviziya 9-cu, 24-cü və 62-ci diviziyalardan və 44-cü birləşdirilmiş briqadasından ibarət idi. Yapon komandanlarının fikrinin dəyişməsi ilə 9-cu diviziya amerikanların adaya hücum etməsindən öncə Tayvana göndərilir. Əsas müdafiə qüvvələri adanın cənubuna yerləşdirilmişdi. Burada yerləşən orduya qeneral-leytenant Usicima Mitsuru, onun qərargah rəyisi İsamu Ço və operativ bölmənin rəyisi Hiromişi Yuhari rəhbərlik edirdi. Yuhari müdafiə yönümlü strategiya tərəfdarı olsa da, Te isə hüçüm tərafdarı olmuşdur. Adanın şimalında yerləşən orduya pokovnik Takexido Udo rəhbərlik edirdi. Donanma heyəti kontr-admiral Minoru Otanın sərəncamında idi.

Amerikanların adaya 6–10 arası diviziya çıxaracağı qabaqcadan bəlli olmuşdur. Yapon ordusunun sərəncamında isə cəmi iki yarım diviziya vardı. Qərərgah amerikan ordusunun silahla təhcizatı baxımından yaponlardan altı dəfə üstün olmasını təxmin etmişdi. Üstəlik amerikanların qüvvəsinə donanma və hərbi hava qüvvələri güc qatırdı.

ABŞ donanması

[redaktə | mənbəni redaktə et]

Qırıcıların böyük qismi və bombardımançılar əsasən amerikan аviabazalarında yerləşirdilər. Leyte körfəz döyüşündən başlayaraq yaponlar pilot-kamikadze müdafiə taktikasından istifadə etməyə başlayırlar. 1 apreldən 25 may tarixinə qədər ki, müddətdə yaponlar tərəfindən 7 kamimadze hücumu təşkil edilmişdir. Bu hücumlarda 1500 təyyarə iştirak etmişdir. Okinava adası ətrafında müttəfiqlərin 1600 gəmisi vardı. Onlardan 40 Aviadaşıyıcı, 18 Linkor, 32 Kreyser və 200 Esminsevdən ibarət idi. Bu əməliyyatda ABŞ donanması bütün İkinci dünya müharibəsi ərzində ən çox itki verdiyi əməliyyat olmuşdur.

Britaniya Birliyinin donanması

[redaktə | mənbəni redaktə et]

Müttəfiqlərin quru qoşun qüvvələri əsasən amerikanlardan ibarət olsa da, Böyük Britaniyanın Sakit okean donanması amerikanların sərəncamına bütün dəniz aviasiyasının ¼ hissəsini verilmişdi. Əməliyyatlarda britaniyalıların 450 təyyarəsi iştirak etmişdir. Ada ətrafında yerləşən Britaniya Hərbi Dəniz Donanması 50 hərbi gəmidən ibarət olmuşdur. Bunun isə on yeddisi aviadaşıyıcı idi. Tikiliş xüsusiyyətlərindən və gəmilərin alt nahiyəsinin güclü şəkildə gülləkeçirməzlik xüsusiyyətlərinin artırılması ilə əlaqədar britaniya aviadaşıyıcıları amerikan analoji gəmilərinə nisbətdə daha az təyyarə daşıma xüsusiyyətlərinə malik olmuşdur. Bununla belə bu gəmilər kamikadze hüçumlarına daha çevik reaksiya verə bilirdilər. Bütün aviadaşıyıcılar britaniyalılara mənsub olsa da onları müşahidə edən qüvvələr təkcə Britaniya HDD mənsub deyildi. Bu gəmiləri həmçinin Kanada, Yeni ZellandiyaAvstraliya hərbi dəniz donanmasının qüvvələri müşahidə edirdi. Onların əsas vəzifəsi yaponların Sakişima adasında yerləşən aerodromunu neytrallaşdırmaq və aviadaşıyıcıları kamikadze hücumlarından qorumaq olmuşdur.

Dəniz döyüşü

[redaktə | mənbəni redaktə et]
Bunker Hill (CV-17) aviadaşıyısında kamikadze hücumundan sonra baş vermiş yanğın

Britaniya Sakit okean donanmasına yaponların Sakişima adasında yerləşən aerodropumu neytrallaşdırmaq vəzifəsi qoyulmuşdu. Donanma bu vəzifənin yerinə yetirilməsinə 26 mart tarixindən başlayır və 10 apreldə öhtəsindən layiqincə gələ bilir. 10 aprel tarixində donanmanın bütün diqqəti Tayvanın şimalında yerləşən aerodromlara yönəldilir. 23 apreldə donanma Filippin sahillərində yerləşən San-Pedro körfəzinə çəkilir. Bu uzun yolun qət olunması amerikan donanması üçün yolçuluq olsa belə, britaniya donanması üçün isə ən uzun yolçuluq olmuşdur.

1 may tarixində Sakit okean donanması yenidən öz vəzifəsini yerinə yetirmək üçün geriyə qayıdırlar. Bu dəfə donanma aerodromları təzyiq altında saxlamaq məqsədi ilə həm dəniz aviasiyasından həmdə gəmi artilleriyasından istifadə edirdilər. Yapon kamikadze hücumları donanma gəmilərinə ağır zərbələ vurmuşdu. Aviadaşıyıcılar isə zirehlə tənciz olunduğundan ciddi zədələr almırdılar. Zədəlır yalnız onların missiyalarını qısa müddətə yuvadırdı.

Yaponlar tərəfindən həyata keçirilən üç aylıq kamikadze uçuşları zamanı 1900 həmlə təşkil olunmuşdur. Bu həmlələr müttəfiqlərə məxsus olan onlarla gəminin məhvinə səbəb olmuşdur. Üstəlik 5000 amerikalı dənizçi həlak olmişdur. Bu minvalla yaponlar 1465 təyyarə itirmişdilər. Qurudakı döyüşlərə qədər yaponlar 2200, amerikanlar isə 763 təyyarə itirmişdilər. Batırılmış gəmilərin böyük əksəriyyəti kiçik gəmilər təşkil edirdi. Batırılmış hərbi texnikalar əsasə esminsləri müşahidə edən gəmilər, radar qayıqları və desant gəmiləri idi. İri gəmilərin itkisi baş verməsə aviadaşıyıcıların çoxu zədə almışdı. Yaponlar təyyarələrdən başqa kiçik qayıqları qəfil gəmilərə çırpma üsulu kamikadze hücumları təşkil edirdilər.

Bu döyüşdə "Yamato" yapon eskadrası üstəlik yüngül kreyser olan "Yahaqini" və səkkiz yüngül esminsedən dördünü itirir. Üstəlik yapon donanmasının 3 700 dənizçidən ibarət şəxsi heyəti həlak olur. Üstəlik admiral İto həyatını itirir. Buna qarşılıq akerikanların itkisi cəmi 10 təyyarə və 12 təyyarəçidən ibarət olmuşdur.

"Ten-Qo" əməliyyatı

[redaktə | mənbəni redaktə et]
"Yamota" kreyseri, ABŞ avia zərbələri nəticəsində zədələnmiş gəmi.

Ten-Qo əməliyyatı öz növbəsində yapon hərbi dəniz eskadriylası tərəfindən təşkil olunmuş özünü məhv cəhti olan hücumdur. Əməliyyata rəhbərlik "Yomato" hərbi kreyseri tərəfindən həyata keçirilmişdir. Əməliyyata general Seyiti İto rəhbərlik etmişdir. Əməliyyatın hədəfi ada ətrafında yerləşən müttəfiq donanmasını keçərək ada yaxınlığında mövqe tutmaq, Okinava müdafiəçilərinə artilleriya atəşləri ilə yardım göstərməkdən ibarət olmuşdur. Gəmi silahları artilleriya atəşlərini təmin etməli, matroslar isə dəniz pidası rolunu oynamalı idi. "Yamato" və digər eskadra gəmiləri müttəfiq sualtı qayıqları tərəfindən dərhal aşkarlanır. Bundan sonra isə amerikan hava qüvvələri dərhal düşmən donanmasını havadan bombalayır.

Hava hücumu zamanı 2 saat ərzində üç yüzdən artıq təyyarə ucuşu həyata keçirilir. Bu hücum nəticəsində dünyanın ən böyük gəmilərindən biri olan Yamato 7 aprel 1945 ildə sulara qərq olur. Əməliyyatdan əvvəl təyyarəçilərə hərbi komandanlıq tərəfindən müyyən tapşırıqlar verilmişdi. Bu tapşırıqlara görə təyyarəçilər gəminin eyni hissəsinə daha çox zərbə endirməli idilər. Bu yolla matrosların gəminin zədələnmiş hissəsini bərpa etməyə imkan verilmirdi. İmkan daxilində gəminin burun və arxa hissəsinin bambalanması məsləhət görülürdü. Səbəb isə bu hissələrin gəminin ən zəif nöqtələri olmasə ilə bağlı olmuşdur.

Bu döyüşdə yaponlar "Yamato" gəmisindən başqa "Yaxaqi" yüngül kreyserini və səkkiz esminsevdən dördünü itirir. İmperiya donanması döyüşdə hərbi texnika ilə yanaşı 3 700 dənizçisini və admiral İtonu itirir. Amerikanların itkisi isə cuzi olur. Onlar cəmi 10 təyyarə və 12 insan itirirlər.

Quru döyüşləri

[redaktə | mənbəni redaktə et]
Amerikan qüvvələrinin Okinava adasına çıxma xəritəsi.

Quru döyüşləri 87 gün davam etmiş və 1 aprel 1945-ci ildən başlanışdır.

İlk dəfə adalara çıxan amerikan qüvvələri 77-ci piyada divisiyası olmuşdur. Onlar 26 mart tarixində Okinava adasından 24 km qərbdə yerləşən Kerama adalarına çıxırlar. Beş gün müddətində amerikanlar tərəfindən tam şəkildə ələ keçirilir. Amerikanlar 31 ölü və 81 yaralı olmaqla itki verdikləri halda, yaponlar ölü və əsr düşən əsgərlərinin ümumi sayı 650 nəfər təşkil etmişdir. Adanın ələ keçirilməsi amerikan donanmasına təhkükəsiz yerləşmə imkanı verirdi. Üstəlik motorlu qayıqların hücum təhlükəsi azalır.

31 martda ABŞ dəniz piyadalarının diversant batalyonu ciddi müqavimətə rast gəlmədən Okinavanın paytaxtı Naxadan 13 km qərbdə yerləşən Keyse Şima adlı dörd adadan ibarət adalar qrupuna çıxarılır. Ələ keçirilmiş adaların təhlükəsizliyini təmin etmək məqsədi ilə adalarda 145 mm-lin "Lonq Tom" artilleriya quğuları quraşdırılır.

Şimali okinava

[redaktə | mənbəni redaktə et]
Adaya akerikan qüvvələrinin çıxarılması.

Adaya 24-cü və 3-cü amerikan korpusu çıxarılması 1 aprel tarixində Haqusi çimərliyində baş tutur. 2-ci dəniz piyada diviziyası yaponları aldatmaq məqsədi ilə adasın cənub-şərqinə Minatoqa çimərliyinə yalançı desant çıxarılmasını təşkil edir. Amerikanların digər istəyi adanın bu hissəsindən gələn ehtiyat axınının qarşısını kəsmək olmuşdur.

Adanın cənubunda mərkəzə yaxın ərazilərdə 10-cu ordu öz dövrünün strandarlarına görə olduqca asan şəkildə irəliləyə bildi. Üstəlik qısa müddətdə Kadena və Emitan aerodromlarını ələ keçirdi. Zəif müqavit xəbəri general Bakeri öz planının ikinci hissəsini həyata keçirməsinə səbəb olur. Hədəf isə Şimali Okivavanın işğalı idi. Bu zaman 6-cı diviziya şimala İsikava bərzəğinə doğru yönəlir. Bu hissə dağlıq və meşəlik ərazilər idi. Yaponların əsas müdafiə qüvvələri Yae-Take rayonu bölgəsində Matabu yarımadasının çətin keçilən qayalı ərazilərdə cəmləşmişdilər. Burada baş verən ağır dötüşlərdən sonra yarımada müdafiəçilərdən təmizlənir.

Bu zaman, 16 apreldə 77-ci piyada diviziyası yarımadadan qərbdə yerləşən kiçik İedzima adasına hücum təşkil edirlər. Hücum təşkil edən əsgərlər üçün pusquda durmuş və ya qarşı-qarşıya vuruşan yapon qüvvələrindən başqa, üzərlərində parlayıcı quraşdırılmış intiharçılarda böyük təhlükə törədirdi. Bu ərəfədə ağır döyüşlər gedirdi. 21 aprel tarixində müqavimət yatırılır və ada amerikanlarən Yaponiyaya qarşı istifadə edəcəyi aviabazaya çevrilir.

Cənubi Okinava

[redaktə | mənbəni redaktə et]
Chance Vought F4U Corsair təyyarəsi havadan amerikan əskərlərinə dəstək verərkən
Dəniz piyadaları yapon əsgərinin cənazəsi yaxınlığından keçərkən görünən dağıdılmış kənd.
Dəniz piyadalarının xüsusi komanda üzvləri yapon yeraltı düşərgələrini partladarkən

Dəniz piyadaları adanın şimalını düşməndən təmizləyərkən 24-cü korpusun qüvvələri cənuba istiqamətlənmişdilər. Syuridən 8 km şimal-qərbdə "Kaktus silsiləsi" ərazisində, 7-ci və 96-cı piyada diviziyası əlverişli mövqe tutmuş yapon qüvvələrinin müqaviməti ilə rastlaşır. 8 aprelin gecə radələrində 24-cü korpusun əsgərləri bölgəni və digər iki güçləndirilmiş mövqeləri yaponlardan təmizləyirlər. Bu döyüşlər zamanı amerikanlar 1 500 əsgərini itirir. Yaponların itkisi isə 4 500 ölü və əsirdən ibarət olur. Bununla belə bu hələ döyüşün başlanğıcı idi. Amerikanlar anladılar ki, Syuri xəttində hələ çoxlu sayda güçləndirilmiş mövqelər vardır.

Amerikanların digər hədəfi Kakadzu silsiləsində yerləşən iki təpənin ələ keçirilməsi olur. Bu iki təpə Syuri xəttinin tərkib hissəsindəndə yerləşirdi. Yaponlar güçlü şəkildə müdafiəyə hazırlaşmışdılar. İmperiya ordusunun əsgərləri güçləndirilmiş mağaralarda yerləşmişdilər. Mağaralar plemyot və partlayıcılarla təmin edilmişdi. Bu güçləndirilmiş mövqelərin təmizlənməsi zamanı amerikanlar olduqca böyük itkilər vermişlər. Yaponlar adanın yerli əhalisini əsgərləri su və digər ehtiyatlarla təmin etməyə məcbur edirdilər. Bu addımlar mülki əhali arasında itkiləri artırmişdır. Döyüşlərdə hər iki tərəf üçün böyük itilər bahasına baş verirdi. Amerikanlılar isə Kakadzu silsiləsi istiqamətində irəliləyişi dayandırmalı olurlar.

12 apreldə general Usicima general Tenin təziqi ilə gecə radələrində 32-ci ordunu əks hücuma keçirərək bütün mövqelərdə düşmən üzərinə irəlilədi. Hücum ağır, davamlı və yaxşı təşkil olunmuşdu. Ağır yaxın döyüşlərdən sonra növbəti gün yenidən hücuma keçmək məqsədi ilə yapon ordusu geri çəkilməli olur. Yaponlar tərəfindən hücum əməliyyatı 14 aprel gecə radələrində həyata keçirilir. Bununla belə hücum uğurla nəticələnmir. 32-ci ordu qərargahı belə qərara gəlir ki, amerikan ordusu nə nədərdə gecə hücumlarının qarşısının alınmasında həssas olsa da onların üstün cəhəti artilleriya zərbələri idi. Bu səbəbdən yaponlar hücum əməliyyatını müdafiə ilə əvəzləyirlər.

9 aprel tarixində 27-ci piyada diviziyası Okinavanın qərb sahillərinə yaxın sağ cinah üzrə mövqeləri ələ keçirir. General Hocun əlində bu zaman 3 diviziya vardı: öz növbəsində 96-cı diviziya mərkəz, 27-ci diviziya sağ, 7-ci divisiya isə sol cinah üztrə. Hər diviziyanın öz növbəsində uzunluğu 2,5 km olan sahəni nəzarətdə saxlayırdı.

77-ci diviziyanın əsgərlərinin Avropada qələbənin əldə edilməsi məlumatını dinləyərkən 8 may 1945 il.

19 aprel Hoc 324 ağır silahlardan istifadə edərək İkinci dünya müharibəsində Sakit okean cəbhəsi tarixində əngüclü hücum əməliyyatı həyata keçirir. Burada dənizdə yerləşən linkor, kreyser və esmineslərin artilleriya atəşi ilə düşmən möqvelərinə bombalar yağdırır. 650 dəniz donanmasına məxsus hərbi təyyarə əməliyyatda iştirak edirdi. Bununla belə yaponların yerləşdiyi mövqelər artilleriya və təyyarə hücumlarından yayınmağa imkan verirdi. Onlar səngərlərdə gizlənərək atəşin bitkəsini gözləyirdilər. Üstəlik onların mövqeləri elə heblanmışdır ki, ərazini ələ keçirməyə cəhd edən amerikanları asanlıqla plemyot atəşləri ilə saxlamaq olurdu.

Kakacu silsiləsinə edilən hücum piyadaların dəstəyi olmadan tanklar vastəsi ilə həyata keçirilmişdir. Müdafiəni yarıb keçək cədhi iflasa uğramış və üstəlik 22 tank itirilmişdir. Buna baxmayaraq amerikanlar tərəfindən bir çox möhkəmləndirilmiş ərazilər yaponlardan tmizlənmişdir. Bu hücumlar zamanı 24-cü korpusun 720 əsgəri ödürülmüş, yaralanmış və itkin düşmüşdür. İtkilərin böyük olması labüt olsa da yapon qüvvələrinin döyüş yerindən cənuba göndərilməsi bunun qarşısı almışdır. Ehtiyatların toxunulmazlığını təmin etməkdən ötrü 2-ci dəniz piyada diviziyası Minatoqa sahillərinə aldadıcı manevr etmişdir.

Apreli biri gecə radələrinə yaxın 1-ci diviziya 27-ci piyada diviziyasını, 77-ci diviziya isə 7-ci diviziyanı mövqelədə əvəz etmişdir. 6-cı diviziyanın adaya gəlməsi ilə 10-cu ordu döyüşün geşatında nəzarəti əlinə alır.

4 mayda 32-ci yapon ordusu yenidən əks hücuma keçir. Bu dəfə Usicima amerikanların sahilə çıxdığı bölgələrə hücum etməyi düşünürdü. Yaponların hücumlarını dəstəkləmək məqsədi ilə artilleriya açıq sahərələ çıxarılır. Bunun sayəsində bu silahlardan 13 000 atəş həyata keçirilir. Bununla belə amerikanların kontrbatareyası 19 ağır silahları məhv edir. Son iki gündə isə yaponlar 40 ağır silahlarını itirir. Yaponiyanın əsk hücum cəhti uğursuzluğa məruz qalır.

General Bakner 11 mayda amerikanların yeni hücum əməliyyatını başladır. Bu əməliyyat 9 gün şiddət döyüşlərlə müşahidə olunmuşdur. 13 mayda 96-cı piyada diviziya və 763-cü tank batalyonu "Konis" təpəliyini ələ keçirir. Yenebaru düzənliyində 145 m hündürlüyə malik mühüm nöqtə müdafiə sisteminin şərq hissəsin tərkibinə daxil idi. Əks tərəfdə isə 6-cı dəniz piyada diviziyası "Şəkərli Baş" təpəliyini ələ keçirmişdir. Bu mövqelərin ələ keçirilməsi Syuri müdafiə xəttinin iki tərəfdən mühasirəsini təşkil etməyə imkan verirdi. Baknerin hədəfi yaponları üzük həlqəsi kimi mühasirəyə almaqdan ibarət olmuşdur.

Polkovnik Riçard P. Ross (1-ci dəniz piyada diviziyası 1-ci polk, 1-ci batalyonun komandiri) snayper təhlükəsinə baxmayaraq Syuri qəsri üzərində ABŞ bayrağını asarkən. 30 may.

Mayın sonlarına yaxın musson yağışları başlayır. Bunun nəticəsində təpəliyin enişləri və ora gedən yollar bataqlığa çevrilir. Bu isə əsgərlərin taktiki hərəkətini cətinləşdirir və tibbi yardımı gecikdirirdi. Quruda gedən döyüşlər Birinci Dünya müharibəsini xatırladırdı. Əsgərlər palçığın içərisində vuruşmalı oludurlar. Yaralıların döyüş nöqtələrindən çıxardılması olduqca cətinləşmişdi. Döyüşçülərin vuruşduğu ərazilər gah zibilliyi gah da qəbirsanlığı xatırladırdı. Ölmüş yaponların cəsədləri palçığın içərisində batırdı.

29 mayda general-mayor Pedro del Valle 1-ci dəniz piyada diviziyasının 5-ci polkunun 1-ci batalyonunun "А" bölüyünə Syuri qəsrini ələ keçirmək əmrini vermişdir. Qəsrin ələ keçirilməsi taktiki və psixoloji baxımından yapon mövqelərinə ağır zərbə vura bilərdi. Bu isə öz növbəsində işgalını başa çatdırmaq baxımından mühüm mərhələ ola bilərdi. Qərsrin yerləşdiyi ərazi 1-ci diviziyanın dislakasiya ərazisinə daxil deyildi. Qəsrin ələ keçirilməsi zamanı amerikan aviasiyası və aryileriyasından yararlanırlar. 4 iyul tarixində artıq yaponları 32-ci ordusunun cəmi 30 000 silahla olduqca pis təhciz olunmuş əsgəri qalmışdı. Ağır və hətta şəxsi silahların böyük qismi geri çəkilmələr zamanı tərk edilmişdir. 9 000 nəfərlik imperator donanmasının şəxsi heyəti isə Oroku yarımadasında mühasirəyə salınmışdı. Onları 1 100 nəfərlik partizan qüvvələri dəstəkləyirdi.

Artıq 21 iyun 1945 ildə Okinada fəth edilir. Buna baxmayaraq bir çox yaponlar müqaviməti davam etdirirdilər. Bu mübarizəni davam etdirən məşhur insanlardan biridə Masahide Ota[26] olmuşdur. O, sonradan Okinava prefekturasının qubernatoru olmuşdur.

22 iyunda döyüşün sonlarına yaxın generallar Usicima və To seppuku edərək həyatlarına son qoyurlar. 89 metr hündürlükdə yerləşən qərargah tamamən boşalır. Yaxara general Usicimaya seppuku etməyə icazə verməsini xaiş edir. Lakin general buna qarşı çıxaraq bu sözləri deyir: "Əgər sən ölsən Okinava döyüşü haqqında həqiqətləri heç kəs bilməyəcəkdir. Müvəqqəti çətinliyə döz ancaq həqiqətləri daşı. Bu sənin komandirinin əmridir.". Yaxara döyüşdən sonra adada yaponlardan ən yüksək rütbəli zabit idi[27]. Bir müddət sonra xatirələrinin əsasında "Okinava uğrunda döyüş" adlı kitabını yazmışdır.

Döyüşün bitməsinə az qalmış ABŞ ordusunun əsas komandanlarından biri olan general Bakner öldürülür. Döyüş ümumilikdə hər iki tərəf üçün ağır itkilər bahasına başa gəlir. Yerli əhali bu iki qüvvənin arasında əzilmişdir.

Hərbi itkilər

[redaktə | mənbəni redaktə et]
General Saymon Baknerin sonuncu şəkli.

Döyüşdə amerikanların hərbi itkiləri 48 025 nəfər təşkil edir[28], bu isə onların İvodzima və Quadakanal döyüşlərində 12 000 çox itki verməsidir. Bu isə döyüşü amerikanlar üçün sakit okean cəbhəsinin ən qanlı və daha çox itki verməsi anlamına gəlir. Bu döyüşdə amerikanlar İkinci Dünya müharibəsi dövründə verdiyi itki baxımından yalnız Ardenn əməliyyatından geri qalır[29][30][31]. Döyümün bitməsindən və amerikanların adanı tam əllərinə keçirməsindən bir necə gün ərzində minlərlə yaralı və itkin düşmüş hərbi qulluqçuların həyatını itirməsi məlum olmuşdur. Bu itkilər ümumi hesaba alınmamışdır. Döyümşün ən məşhur itkilərindən biri hərbi müxbir Erni Payl olmuşdur. O, İedzina adasında plemyot atəşi ilə həlak olmuşdur[32].

Döyüşlərdə iştirak edən əsgərlərin 48 % kantuziya almışdır. 14 000 əsgər evlərinə qayıtdıqdan sonra əsəb sarsıntısı keçirmişdir. Hərbi dəniz qüvvələrində 4 874 əsgər yaralanmışdır. Donanmada verilən itkilərin böyük qismi kamikadze hücumları zamanı verilmişdir[33].

General Baknerin yapon hərbi düşərgələrinə hücum zamanı qarşı-qarşıya döyüş əmri verməsi çoxlu sayda əsgərin həyatı bahasına gəlməsinə baxmayaraq, taktika uğurla nəticələnir. Əməliyyatın bitməsinə dörd gün qalmış general Barkner artilleriya atəşi nəticəsində həlak olmuşdur. Əməliyyatın son günlərində amerikanlar üçün əhəmiyyətli itkilərdən biri briqada generalı Klaudius M. İslinın həyatını itiməsi olmuşdur. General plemyit atəşi ilə həyatını itirmişdir.

Əməliyyatların getdiyi günlər ərzində müttəfiqlərdən 368 gəmi (desant qayıqları daxil), üstəlik 36 (включая 15 десантных кораблей и 12 эсминцев) batırılmışdır. Yaponlar 16 gəmi, üstəlik nəhəng "Yamato" linkorunu itirmişdir. Quru döyüşlərində amerikanlar 225 tank və çoxlu sayda özü yeriyən texnika itirmişlər. Yaponlar isə 27 tank və 743 artilleriya qurğusu (minamyot, tank əlehinə toplar və hava hücumundan müdafiə qurğuları) itirmişlər. Texnikanın böyük qismi dənizdən atılan artilleriya atışları və hava hücumları zamanı sıradan çıxarılmışdır.

Yapon əsgərləri, özlərini öldürməkdənsə əsir düşməyi üstün tutanlardır.

Yaponların itikisi 107 000 nəfər olmuşdur. 7 400 nəfər əsgər isə əsir düşmüşdür. Əsgərlərin bir qismi ya seppuku etmiş ya da özlərini əl qumbarası ilə partlatmışlar. 20 000 yapon əsgəri gizləndikləri mağaralarda odsaçan tüfənglərlə öldürülmüşdür[34].

Müharibə tarixində ilk dəfə olaraq yapon hərbi qulluqcuları kütləvi şəkildə əsir düşürdülər. Əsir düşən əsgərlər əsasən Okinavanın köklü əhalisindən olanlar idi. Okinavalılar yapon hərbi doktorinasının ruhunu tam mənimsəməmişdilər. Belə ki, Okinava 1879-cu ilə qədər müstəqil dövlət olmuşdur. Üstəlik adanın sakinləri özlərini yapon hesab etmirdilər. Danışdıqları dildə yapon dilinə yaxın olsa da ondan müəyyən qədər fərqlənir.

Ada işğal olunarkən yaponlar əsir düşməmək məqsədi ilə yerlilərin milli geyimlərini geyinirdilər. Bu məsələni aradan qaldırmaqdan ötrü okinavalılar amerikanlara sadə yolları öyrədirdilər. Belə ki, yaponlar qətiyən okinava dilini bilmədiyindən bütün sakinlərə bu dildə primitiv suallar verilir. Bununla da suallara cavad verməyənlərin yapon olması dərhal anlaşılırdı.

Mülki əhali arasında itkilər

[redaktə | mənbəni redaktə et]
İki amerikan dəniz piyadası uşaqlarla eyni səngəri paylaşır
.

Sakitokean cəbhəsində baş vermiş döyüşlər ərzində Okinava döyüşünə qədər hec vaxt yaponlar ada sakinlərini müharibəyə cəlb etməmişlər. Burada isə vəziyyət fərqli idi. Yaponlar ada əhalinin sayı baxımından çoxluğu ilə əlaqədar onları hərbi əməliyyatlara cəlb edirdilər. Bunun nəticəsində əməliyyatlarda ada əhalisinin 1/10–1/3 hissəsi həlak olmuşdur. Mülki əhali arasında itkilər müxtəlif qiymətləndirmələrə görə 42 000–150 000 arasında dəyişir. Amerika ordu qüvvələrinin məlumatına görə isə yapon ordusuna qoşulmuş yerlilərlə birlikdə ölənlərin sayı 142,000 nəfər olmuşdur.

Sülh muzeyinin variantına görə yerlilər iki qüvvə arasında sıxılmış vəziyyətdə qalmışlar. 1945 ildə yaponlar müdafiəni təşkil edərkən əhalinin təhlükəsizliyini nəzərə almamışdır. Amerika hücumları zamanı yaponlar ada sakinlərini "canlı sipər" kimi istifadə etmişdir. Əsgərlər ada sakinlərinin qidalarını belə əllərindən alırdılar. Bu isə insanlar arasında aclığa gətirib çıxarırdı. Yaponlar tərəfindən 1 000 nəfər insan öz dialektlərində danışdıqlarından öldürülmüşdür[35]. Onlar satqınlıqda itdiham edilirdilər. Muzey işçilərinin qənayətinə görə müki əhali arasında itkilər müxtəlif səbəblərdən meydana gəlmişdir. Bəzi insanlar mərmi partlayışlarından, maleriyadan, aclıqdan bəziləri isə yerlilərin yaponlarla səhv salınması ilə açılan atəş zamanı həlak olmuşlar. Artıq iyun ayında məğlubiyyətin qaçılmazlığı müəyyənləşən zaman yapon əsgərləri tərəfindən yerli qadınlara qarşı zorlama faktları kütkəvi hal almışdı.

Amerikan ordusunun qalibiyyəti yaxınlaşdıqca mülki əhali arasında kütləvi intihar halları artırdı. Bunun baş verməsinin əsas səbəbi imperiya əsgərlərinin yerlilər arasında yaydığı fikirlərlə əlaqədar olmuşdur. Bu propaqandaya görə əgər amerikanlar adanı işğal edərlərsə, mülki əhalini öldürəcək və onlara işgəncə verəcəklər. Okinavanın iki əsas mətbu orqanından biri olan "Ryukyu Simpo" qəzetində 2007 ildə çıxan saylarından birində yazılırdı: "Okinvalılar arasında şahid olanlar vardır ki, yapon silahlıları insanları intihara təhrik edir və onlara özlərini partlatmaq məqsədi ilə əl qumbarası paylayırdılar". Onlara amerikanların vəhşi olmaları deyildiyindən, insanlar özlərini və ailəsini qayalıqlardan atırdılar. Hazırda bu qayalıqkardan birində Sülh muzeyi inşa edilmişdir.

Bunula belə yapon hərbicilərinin təkidinə və təbliğatına baxmayaraq mülki əhalinin böyük qismi özlərini öldürməkdən imtina etmişdilər. Adanın işğal edilməsindən sonra Okinavalıları təəcübləndirən hadisə onların amerikanlara olan meyilini artırmışdır. Belə ki, amerikan həkimləri yaralı okinavalı yaralılara humanist davranışı buna şərait yaratmışdır. Üstəlik amerika hərbi kəşfiyatına işləyən hərbi tərcüməçi Teruto Subota insanları özlərini öldürməkdən çəkindirə bilmişdir.

Amerikan tankı "Şerman", (yapon artilleriyası ilə vurulmuş).

Adada yerləşən 90 % binalar tamamən dağıdılmış, adanın tropik lanşaftı odlu torpaq, çirk və gilli sahələlərə çevrilmişdir.

Adanın işgalı nöqteyi nəzərdən "gözləntiləri dəfələrlə üstələmişdi". Müttəfiqlər adanı ələ keçirməklə donanmanın yerləşdrilməsi üçün baza və uçuş üçün əlverişli aerodrom əldə etmişdilər. Bu isə Yaponiyanın əsas adalarına asanlıqla çatmağa imkan verirdi. 1945-ci ilin iyul ayında "Zebra əməliyyatı" həyata keçirirlər. Nəticədə sahil suları minalardan təmizlənir. "Ryukyu adalarının ABŞ vətəndaş Administrasiyası" təşkil edilir[36]. Adada hərbi hakimiyyət 15 may 1972 ilə qədər davam edir. Bununla belə adada kifayət qədər çox amerikan ordusu yerləşmişdir. Kadena bazası ABŞ dövlətinin Asiyada yerləşən ən böyük hərbi obyektidir.

İntihar əmri barəsində gedən mübahisələr

[redaktə | mənbəni redaktə et]
Okinava sakinləri. 1945 il.

Müasir Yaponiya hökuməti ilə Okinava yerli hökuməti arasında bu gündə Okinava uğrunda döyüş zamanı yerlilər arasında tətbiq olunan kütləvi intihar hadisəsində hərbiçilərin rolu mübahisə yaradır. 2007-ci ilin martında Yaponiyanın təhsil, mədəniyyət, elm, idman və texnologiya nazirliyi tərəfindən nəşriyyatçılara Okinavalılara amerikanlara əsr düşməmək üçün həbiçilərin onlara intihar etməyə məcbur etməsi dərsliklərdən çıxarılmasını töfsiyə edir. Nazirliyin həmin hissədə mülki əhalinin imperiya əsgələri tərəfindən əl qumbarası aldıqları yazılmasını istəyirdi.

Bu tədbir okinavalılar arasında etirazlara səbəb olur. Buna cavab olaraq Okinava Prefektura Assambleyası bəyannamə qəbul edir. Sənəddə deyilirdi: "Biz milli hökuməti bu təlimatdan əl çəkməyi və dərsliklərdə öz əksini tapmış əvvəl ki, yazıların geri qaytarılmasını istəyərək, Okinava döyüşü haqqında həqiqətlərin əks olunması qorxulu müharibənin yenidən təkrarlanmasının qarşısını alar. "[37][38].

29 sentyabr 2007 ildə Okinava tarixində ən böyük nümayiş baş vermişdir. Bu mitinqdə 110 000 insan iştirak etmişdur. Mitinq iştirakçılarının təhsil nazirliyindən istəyi təlimatın geri qaytarılması olmuşdur. Onların çıxışlarında deyilirdi: "Bu kütləvi intihar hadisəsində ordunun böyük rolunun olması fakdır. Bunun inkar edilməsi və ya digər sözlərlə əvəzlənməsi bu hadisəyə şahidlik etmiş on minlərlə insanın yalançı olması anlamına gəlir".

26 dekabr 2007 il tarixində nazirlik verdiyi təlimatın müəyyən hissəsindən vaz keçməli olur. Naziliyin şurası tərəfindən "kütləvi intiharın ordunun təziqi ilə baş verməsi" bütünlüklə qəbul edilir. Sənəddə deyilirdi: "Bunu demək olar ki, yerli əhalinin nöteyi nəzərindən onları kütləvi intihara sövq etmişlər". Onlar bildirirlər ki, övladlarının həqiqəti bilmələri vacibdir. Nobel mükafatı laureatı yazıçı Kenzaburo Oe 1969-cu ildə "Okinava məktubları" adlı yazılarında təkidlə bu kütləvi intiharda ordunun böyük rolunun olduğunu yazmışdır. Üstəlik ordunun hətta insanları intihara fövq etdiyini bildirmişdir. Üstündən 40 il keçdikdən sonra onun dərc etdiyi bu əsərdəki yazdıqlarının həqiqət olmamasını bildirməsi üçün məhkəməyə verilir. Ona qarşı iddia qaldıranlar arasında Okinavada vuruşan əsgərdə olmuşdur. O, kitabın çapının dayandırılmasını tələb etmişdir. 9 noyabr 2007 il məhkəmə dinləmələri Oe bu sözləri deyir: "Okinada həyata keçirilən kütləvi intihar hökumətin göstərişi ilə yapon ordusu və yerli qarnizonun təzyiqi altında həyata keçirilmişdir.". 28 mart 2008 il Osaka prefekturası ali məhkəməsi Oenin düzlüyünü tanıyaraq, bu sözləri deyir: "Bunu demək olar ki, bu kütləvi intiharda hərbiçilərin böyük rolu vardır". Məhkəmə kütləvi intihar hadisində hərbiçilərin rolunu tanıyır. Fakt kimi insanlara əl qumbarasının paylanması və hərbiçilərin olmadığı bölgələrdə kütləvi intiharların müşahidə edilməməsi göstərilir.

Döyüş haqqında abidə

[redaktə | mənbəni redaktə et]

1975-ci ildə Okinava adasının İtoman şəhərində Okinava adasının Sülh Memorial Muzeyi (ing. Okinawa Prefectural Peace Memorial Museum)[39] yaradılır. Muzeyin təsisatçılarının hədəfi Okinava uğrunda döyüşü yerli əhalinin gözü ilə təsvir etmək olmuşdur[40]

  1. "Chapter XVIII: The Battle Ends". army.mil. March 31, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 23, 2015.
  2. Hastings: Retribution pg. 370
  3. Bill Sloan: The Ultimate Battle pg. 18
  4. Keegan: The Second World War pg. 567
  5. "The Cornerstone of Peace." Kyushu-Okinawa Summit 2000: Okinawa G8 Summit Host Preparation Council, 2000. Accessed 9 Dec 2012. "The Cornerstone of Peace - number of names inscribed". Okinawa Prefecture. 27 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 February 2011.
  6. Giangreco Hell to Pay (2009) pg. 91
  7. 1 2 Keegan: The Times Atlas of the Second World War pg. 169
  8. The National Archives: Heroes and Villains Arxivləşdirilib 2017-10-05 at the Wayback Machine retrieved 22 July 2015
  9. William T. Garner: Unwavering Valor ch. 12.
  10. Frank, p. 71
  11. The National Archives: Heroes and Villains Arxivləşdirilib 2017-10-05 at the Wayback Machine Retrieved 22 July 2015
  12. Garner: Unwavering Valor ch. 12.
  13. The Perilous Fight: America's World War II in Color, The Mental Toll. Arxivləşdirilib 2021-07-29 at the Wayback Machine Retrieved 22 July 2015.
  14. Keegan: The Second World war pg. 573
  15. "The Battle of Okinawa" Arxivləşdirilib 2018-03-23 at the Wayback Machine Retrieved 28 Dec. 2015
  16. "Planning Iceberg, Chp 2 of Okinawa: Victory in the Pacific by Major Chas. S. Nichols, Jr., USMC and Henry I. Shaw, Jr". Historical Section, Division of Public Information, U.S. Marine Corps. April 13, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 7, 2010.
  17. ",Беспрецедентная по численности армада флота США, собранная в апреле 1945 г. (англ.)". 2018-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
  18. ",Okinavaya hücum: Sovet-yapon müharibəsi öncəsi İkinci Dünya müharibəsi ən böyük döyüşü". 2008-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
  19. "Okinawa: The Typhoon of Steel". American Veterans Center. 1945-04-01. 2012-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  20. At 60th anniversary, Battle of Okinawa survivors recall 'Typhoon of Steel' — News — Stripes Arxivləşdirilib 2020-04-05 at the Wayback Machine, Allen, David; Stars and Stripes; April 1, 2005.
  21. John Pike. "Battle of Okinawa". Globalsecurity.org. 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  22. "Soviets declare war on Japan; invade Manchuria." History.com. A&E Television Networks, n.d. Web. 6 July 2014. <http://www.history.com/this-day-in-history/soviets-declare-war-on-japan-invade-manchuria Arxivləşdirilib 2020-09-03 at the Wayback Machine>.
  23. Wilson, Ward. "Did Nuclear Weapons Cause Japan to Surrender?." YouTube. Carnegie Council for Ethics in International Affairs, 16 Jan. 2013. Web. 6 July 2014. <https://m.youtube.com/watch?v=CSSexxwDzgs Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine>.
  24. "Action in the North, Chp 6 of Okinawa: Victory in the Pacific by Major Chas. S. Nichols, Jr., USMC and Henry I. Shaw, Jr". Historical Section, Division of Public Information, U.S. Marine Corps. April 13, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 7, 2010.
  25. Huber, Thomas M. Japan’s Battle of Okinawa, April-June 1945 Arxivləşdirilib 2009-02-14 at the Wayback Machine, Command and General Staff College
  26. ""The World is beginning to know Okinawa": Ota Masahide reflects on his life from the Battle of Okinawa to the Struggle for Okinawa". Japanfocus.org. 2015-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-06.
  27. John Toland, The Rising Sun: The Decline and Fall of the Japanese Empire 1936–1945, p. 723.
  28. Н.Г. Кузнецов. Курсом к победе. М., Воениздат, 1987. стр.451
  29. "Battle of Okinawa: The Bloodiest Battle of the Pacific War " HistoryNet". 2010-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-07.
  30. "THE BLOODIEST BATTLE OF ALL — NYTimes.com". 2009-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-07.
  31. "Battle of Okinawa". 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-07.
  32. Reid, Chip. "Ernie Pyle, trail-blazing war correspondent—Brought home the tragedy of D-Day and the rest of WWII" Arxivləşdirilib 2007-10-27 at the Wayback Machine, NBC News, June 7, 2004. Accessed April 26, 2006.
  33. The Amphibians Came to Conquer Arxivləşdirilib 2011-06-23 at the Wayback Machine.
  34. History Learning Site: The Battle of Okinawa Arxivləşdirilib 2009-03-17 at the Wayback Machine.
  35. James Brooke. "1945 suicide order still a trauma on Okinawa". Web.archive.org. 2006-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  36. "Okinawan History and Karate-do". 2012-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-20.
  37. Okinawa slams history text rewrite Arxivləşdirilib 2012-06-04 at Archive.today, Japan Times, June 23, 2007.
  38. Gheddo, Piero. "JAPAN Okinawa against Tokyo's attempts to rewrite history - Asia News". Asianews.it. 2020-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-04.
  39. "EDITORIAL - Cornerstone of Peace: A Legacy of Bloodshed". SFGate. 1995-06-24. 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-10.
  40. The Basic Concept of the Okinawa Prefectural Peace Memorial Museum Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine (ing.)