ABŞ Federal Təhqiqat Bürosu

Federal Təhqiqat Bürosu (ing. Federal Bureau of Investigation, FBI (oxunuşu: Ef-Bi-Ay), FTB) — ABŞ-nin daxili kәşfiyyat vә hüquq-mühafizә orqanı. ABŞ Ədliyyә Nazirliyinin yurisdiksiyası altında fәaliyyәt göstәrir. ABŞ federal qanunvericiliyinin pozulmaları ilә bağlı tәhqiqat işlәri aparır, dövlәt tәhlükәsizliyini tәmin edir, hәmçinin bu sahәdә ABŞ dövlәt aparatının bütün orqanlarının fәaliyyәtini әlaqәlәndirir. əsası 1908-ci ildə qoyulmuşdur. İlk adı "Təhqiqat Bürosu" (ing. Bureau of Investigation) (BOİ) olmuşdur. Yeni adını 1935-ci ildə almışdır. ABŞ-nin federal təhqiqat bürosudur.

Federal Təhqiqat Bürosu
FBI
Federal Bureau of Investigation
Loqonun şəkli
Şüar Fidelity, Bravery, Integrity
Yaranma tarixi 26 İyul, 1908
Rəsmi dili ingilis dili
Mərkəzi Vaşinqton
Qurucusu
Sədr Kristofer Rey [1]
Büdcəsi 8.3 milyard ABŞ dolları
Üzvləri
  • 35.104 nəf. (31 oktyabr 2014)[2]
fbi.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Büdcəsi və Vəzifələri[redaktə | mənbəni redaktə et]

Büronun illik büdcəsi 2012-ci ildə 8.12 milyard ABŞ dolları olmuşdur.

  • Amerika Birləşmiş Ştatları içərisində bütün federal qanunlara qarşı gələn hərəkətlər və terrorist fəaliyyətlərin maneə törədilməsi və önlənməsi ana vəzifəsini meydana gətirməkdədir.
  • Amerika Birləşmiş Ştatlarını terror hücumlarından və planlarından qorumaq;
  • Amerika Birləşmiş Ştatlarını casusluq fəaliyyətlərinə qarşı qorumaq,
  • Amerika Birləşmiş Ştatlarını yüksək texnologiya cinayətlərinə qarşı qorumaq,
  • Amerika Birləşmiş Ştatları və xalqını təhrif edilmiş işlərə və rüşvətə qarşı qorumaq,
  • Vətəndaşların haqqlarını qorumaq,
  • Beynəlxalq döyüş, milli cinayət və cinayət təşkilatlarını təsbit etmək və bunlara qarşı qorumaq,
  • Mütəşəkkil cinayətləri və cinayətləri araşdırmaq və nəticələndirmək,
  • Əhəmiyyətli şiddət cinayətlər/günahlarını araşdırmaq və nəticələndirmək,
  • Federal və beynəlxalq cinayətlər/günahlara qarşı yerli səlahiyyətliləri və beynəlxalq müttəfiqləri qorumaq,
  • Müvəffəqiyyətli vəzifələr edə bilmək üçün artan texnologiyanı izləmək və büroya inteqrə etmək.

Tarixi[redaktə | mənbəni redaktə et]

1896-cı ildə Kriminal Təhqiqatlar üzrə Milli Büro təsis edildi. Büronun vəzifəsi ölkə böyünca tanınmış cinayətkarların axtarışını təşkil etmək idi. 1901-ci ildə prezident Makkinlinin sui-qəsd nəticəsində öldürülməsi Amerikanın anarxistlər tərəfindən böyük təhlükə qarşısında qaldığını göstərdi. Ədliyyə və Məşğulluq nazirlikləri anarxistləri izləyir və onlara dair hesabatlar hazırlayırdı, lakin prezident Ruzvelt onları izləmək üçün daha böyük qüvvə olmasını tələb edirdi. Təhqiqatlar Bürosu 26 iyul 1908-ci ildə yaradıldı. Baş prokuror Çarlz Bonapart Ədliyyə Nazirliyinin vəsaitlərindən istifadə edərək Xüsusi Xidmət orqanlarının 34 keçmiş üzvünü yeni qurulmuş Büroya işləməyə dəvət etdi. Büronun ilk rəhbəri Stenli Finç təyin edildi. Bonapart bu görülən işlər barədə Konqresə məruzə edirdi.

Büronun ilk vəzifəsi fahişəxanalara gedərək oraları izləmək və insan ticarətinə qarşı mübarizə aparmaq olmuşdur. 1932-ci ildə Büronun adı dəyişdirilərək Birləşmiş Ştatlar Təhqiqatlar Bürosu adlandırıldı. 1935-ci ildə Büro Ədliyyə Nazirliyinin tərkibində sərbəst bir xidmət növü olaraq fəaliyyət göstərməyə başladı. Həmin il Büronun adı dəyişərək indiki adına, Federal Təhqiqatlar Bürosu adını aldı. Büronun ən məşhur direktoru Edqar Huver olmuşdur. Huver 1924-cü ildən 1972-ci ilə qədər, üst-üstə 48 il ərzində Büronun rəhbəri olmuşdur. Onun rəhbərliyi altında 1932-ci ildə Elmi Cinayət Axtarış Laboratoriyası açıldı. FTB laboratoriyası adlanan bu laboratoriya cinayətlərin peşəkar olaraq araşdırılmasını təmin etdi. Huverin ölümündən sonra Konqres FTB direktorlarının fəaliyyət müddətini 10 ilə qədər məhdudlaşdırdı. ABŞ-də kriminala qarşı müharibə illəri olan 1930-cu illərdə FTB agentləri ölkə boyunca çoxlu sayda cinayət törətmiş bir çox məşhur kriminalı öldürdü.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ABŞ Senatı FTB-nin yeni direktorunun namizədliyini təsdiqləyib. trt.net.tr". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-27.
  2. https://web.archive.org/web/20141206075824/http://www.fbi.gov/about-us/quick-facts/quickfacts.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]