ACCULAR

ACCULARIMI Systems tərəfindən hazırlanmış və istehsal edilmiş və həm İsrail Müdafiə Qüvvələri, həm də beynəlxalq müştərilər tərəfindən istifadə edilməsi nəzərdə tutulan reaktiv artilleriya ailəsidir. Bu reaktiv artilleriya ailəsinin maksimum mənzili 40 km, döyüş başlığı 20-35 kq arasında olub, unitar nüfuzetmə və ya idarə olunan hissəcik döyüş başlıqları ilə təchiz olunurlar. Bu raketlər 10 m CEP dəqiqliyi ilə hədəflərini məhv etməyə qadir olan 2 müxtəlif kalibrdə istehsal olunurlar.[1]

ACCULAR
Ölkə
İstehsal tarixçəsi
İstehsalçı IMI Systems
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ACCULAR raketləri IMI-nin LYNX (MRL) buraxma qurğusundan, eləcə də bir sıra digər mövcud buraxılış qurğularından istifadə edilməklə istifadə edilə bilər.[2]

YARS-ın dəqiqliyini yaxşılaşdırmaq üçün IMI ACCULAR (Accurate LAR- dəqiq LAR) təyinatına malik 122 mm-lik yeni raket versiyasını da hazırlayıb. Yeni LAR raketlərinin artan atəş məsafəsi, dəqiqliyi və aşağı qiyməti, idarəedilən 155 mm artilleriya mərmiləri ilə ciddi rəqabət aparmağa qadirdir.[3]

4 metr uzunluğa malik ACCULAR raketi 35 kq ağırlıqdakı döyüş başlığı və 14- 40 km atəş məsafəsinə malikdir, tuşlama sistemi isə GPS-ə əsaslanır. Rəsmi olaraq maksimum hədəfdən yayınma əmsalı 10 metrdir, lakin IMI faktiki olaraq yayınmanın 2 ilə 3 metr arasında olduğunu iddia edir. Raket İsrail ordusu və adı açıqlanmayan xarici alıcı tərəfindən silahlanmaya qəbul edilib. Bu sursatlara malik YARS şassisinin iki konteyner paketinin hər birində 11 ədəd (cəmi 22 ədəd) raket yerləşdirilir. Raketin idarə edilməsi və uçuşu korpusda yer alan kompüter tərəfindən həyata keçirilir.[3]

Reaktiv tuşlama dəsti hədəfi dəqiq etmək üçün trayektoriyanın nizamlanmasına imkan verir. Bu raketlər hədəflərin fuqas və unitar döyüş başlıqları ilə dəqiq hədəfə alınması üçün qənaətli və effektiv bir seçim hesab edilir.[3]

Bu YARS ailəsinin bütün raketlərinin istifadəçisi olduğu Azərbaycan Silahlı Qüvvələrinin ACCULAR raketinə də malik olması, yalnız rəsmi təsdiqi olmadığına görə ehtimal olaraq qalır.[3]

İdarəolunan LAR-160 raketlərinin inkişaf etdirilmiş versiyası.

Xüsusi M270 MLRS buraxılış qurğuları ilə Romaç adı altında İsrail Silahlı Qüvvələri tərəfindən istifadə edilir.[4] Hər buraxılış qurğusu dəqiqədə 18 raket atmağa qadirdir.[5]

AccuLAR-122 həmçinin IMI PULS (RYAS) ilə də işləyə bilər.[6] Maksimum 35 km mənzilə və 10 m CEP dəqiqliyinə malikdir.[5]

  1. "Archived copy" (PDF). 2017-11-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-11-06.
  2. Administrator. "Israel Military Industries IMI presents its full range of artillery rockets and missiles at MSPO 2015 10209151 - MSPO 2015 News Official Online Show Daily Coverage - Defence security military exhibition 2015". www.armyrecognition.com (ingilis). 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 листопада 2017.
  3. 1 2 3 4 "Ordumuzun silahlanmasında olan Universal Artilleriya Sistemləri - LYNX (HƏRBİ EKSPERT)". ordu.az. ordu.az. 15 mart 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2024.
  4. "Archived copy" (PDF) (ingilis). 2017-11-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-12-02.
  5. 1 2 "Newly operational IDF weapon can fire 18 rockets per minute – Israel Hayom". www.israelhayom.com (ingilis). 2022-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 грудня 2017.
  6. Opall-Rome, Barbara. "Israeli Artillery Corps poised for longer-range, improved precision strikes". defensenews.com (ingilis). 8 серпня 2017. İstifadə tarixi: 12 грудня 2017.